İDMAN
® Veysəloğlu Şirkətlər Qrupunun dəstək olduğu 10 yaşlı şahmatçının uğuru
Veysəloğlu Şirkətlər Qrupunun dəstək olduğu 10 yaşlı Cahandar Azadəliyev qalibiyyəti ilə hər kəsi sevindirdi. Oktyabrın 9-dan 15-nə kimi keçirilən, 9 rayon və şəhərdən 100-dən çox məktəbli şahmatçının mübarizə apardığı turnirin qalibi məktəbli Cahandar oldu.
Qeyd edək ki, bu şahmat turniri mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuşdu.
Şahmatçını qələbə münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!
27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.