DÜNYA
Barbadosda dörd əsrə yaxın davam edən Böyük Britaniya idarəçiliyinə son qoyulub
London, 22 oktyabr, AZƏRTAC
Barbadosda 394 ildən sonra Böyük Britaniya idarəçiliyinə rəsmən son qoyulub.
AZƏRTAC xəbər verir ki, Cənubi Karib dənizində yerləşən ada ölkəsi Barbados Britaniya hökmranlığının başa çatmasından sonra müstəqilliyini elan edərək ilk prezidentini seçib.
Britaniya Kraliçası II Elizabet tərəfindən təyin olunan və hazırda Barbadosun general-qubernatoru vəzifəsini icra edən 72 yaşlı Dame Sandra Mason Senat və Nümayəndələr Palatası üzvləri tərəfindən keçirilən birgə səsvermədə yekdilliklə ölkənin yeni prezidenti seçilib.
Səsvermədən sonra çıxışında Mason Barbadosun müstəmləkə keçmişini tamamilə geridə qoymağın vaxtının gəldiyini bildirib.
O, noyabrın 30-dan etibarən Barbadosa rəhbərlik edəcək. Bununla da 1627-ci ildən müstəmləkə elan edilən Barbadosda 394 ildən sonra Britaniya hökmranlığına rəsmən son qoyulub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]