REGİONLAR
Şirvanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Şirvan, 22 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhər ərazisində narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olan Vüsal Mirzəyev saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı metamfetamin, heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.