Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

1918-ci il Mart soyqırımı – Qafqaz regionunun tarixində ən böyük faciə necə baş verdi?

Bakı, 30 mart, AZƏRTAC

Ermənilərin Qafqaza gəlmə etnik ünsür olduğunu sübut edən xeyli sayda mənbələr mövcuddur. 1911-ci ildə rus tədqiqatçısı N.Şavrov yazırdı ki, Rusiya imperiyası tərəfindən 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min nəfər, Osmanlı dövlətindən isə 84 min nəfər erməni köçürülüb. Onlar əsasən Yelizavetpol (Gəncə), İrəvan və Tiflis quberniyalarında ən münbit torpaqlarda yerləşdirilib. N.Şavrov daha sonra qeyd edir ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda 1,3 milyon nəfər ermənidən bir milyonunu ruslar köçürüb. Rusiya imperiyasının erməniləri köçürməkdə məqsədi nə idi? Əlbəttə ki, Qafqaz regionunda ən güclü etnik və siyasi amil olan türk-müsəlman əhalisinə qarşı xristian azlığını süni şəkildə artırmaq, əsrlər boyu Qafqazda ən güclü dövlətçilik ənənələrinə malik olmuş Azərbaycan türklərinin bu ənənəni bərpa etmək ideyasının qarşısını almaq, regionu erməni gəlmə ünsürünün hesabına daim etnik münaqişələr fonunda uzunmüddətli təsir dairəsində saxlamaq və təbii resurslarını maksimum şəkildə mənimsəmək idi. Qafqazda ilk terror təşkilatları ermənilər tərəfindən yaradılıb. “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” kimi erməni terrorçu partiyalarının əsas məqsədi Şərqi Anadolu və Azərbaycan ərazisinin yerli sakinləri olan türk-müsəlman əhalisini soyqırımına məruz qoyaraq bu ərazilərdə qondarma Ermənistan dövləti yaratmaq idi. Qaraçı hay qəbiləsinin törəməsi olan ermənilər tarix boyu sahib olmadıqları vətən və dövlət anlayışlarını məhz Şərqi Anadoluda və Azərbaycan torpaqlarında reallaşdırmaq istəyirdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. Onun sözlərinə görə, ermənilər Azərbaycan xalqına qarşı ilk kütləvi qırğınları 1905-1906-cı illərdə törədiblər. Həmin illərdə Azərbaycanın müxtəlif ərazilərində erməni silahlı dəstələri tərəfindən 200-dən artıq kənd və 8 şəhər dağıdıldı. Bu zaman onların İrəvan, Naxçıvan, Dərələyəz, Göyçə, Ağbaba, Şörəyel, Sürməli, Qarabağ, Zəngəzur, Gəncə, Qazax, Borçalı və Tiflisdə törətdikləri soyqırımı tədbirləri nəticəsində 10 mindən çox dinc azərbaycanlı qətlə yetirildi. 1905-ci ilin mayında Bakı qubernatoru knyaz M.Nakaşidze “Daşnaksütyun” partiyasının 22 yaşlı üzvü Dro Kanayan tərəfindən qətlə yetirildi. Bu fakt erməni terrorunun təkcə azərbaycanlılara qarşı deyil, digər millətlərin də nümayəndələrinə qarşı amansız olduğunu göstərir. 1914-cü ilin iyulunda Birinci Dünya müharibəsinin başlanması ilə Qafqaz regionunda hərbi-siyasi vəziyyət gərginləşdi. O zaman Qafqaz cəbhəsində ruslar Osmanlı ordusuna qarşı döyüşlərdə erməni terror təşkilatları ilə əlbir hərəkət etdilər. 1917-ci ilin fevralında Rusiya imperiyasında inqilab nəticəsində Romanovlar sülaləsi devrildi. Həmin ildə “25 oktyabr çevrilişi” nəticəsində bolşeviklər hakimiyyətə yiyələndilər. Noyabrın 2-də Bakı Sovetinin İcraiyyə Komitəsi şəhərdə ali hakimiyyət orqanı elan olundu və onun sədri Azərbaycan xalqının qəddar düşməni olan Stepan Şaumyan seçildi. Azərbaycanlılara qarşı Mart soyqırımının əsas təşkilatçısı olan S.Şaumyan 1917-ci il dekabrın 16-da Rusiya bolşeviklərinin rəhbəri V.İ.Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin edildi. Bolşevik şineli geyinmiş bu erməni terrorçusu 1918-ci ilin mart-iyul aylarında minlərlə dinc azərbaycanlı əhalinin soyqırımına məruz qalması haqqında qərarlar vermişdi. 1917-ci ilin sonuncu rübündə Qafqaz cəbhəsindən geri dönən rus ordusu silahlarını bolşevik-daşnak qüvvələrinə təhvil vermişdilər. S.Şaumyan Bakıda əksəriyyəti erməni terrorçularından ibarət olan və Q.Korqanovun (Korqanyan) rəhbərlik etdiyi Qırmızı ordu adlanan 20 min nəfərlik qoşun təşkil etdi. Mart soyqırımı ərəfəsində Bakıda qanunsuz şəkildə cəmləşmiş və S.Şaumyandan soyqırımı əmri gözləyən hərbi qüvvələrin tərkibi 3 qrupdan ibarət idi: 1) Birinci Dünya müharibəsində iştirak etmiş və Osmanlı cəbhəsindən geri dönən 6 min nəfərlik çar ordusu - bu ordunun şəxsi heyətinin əksəriyyəti Bakı Sovetinin tabeliyinə keçmişdi; 2) “Daşnaksütyun” partiyasının 4 min nəfərlik silahlı dəstəsi; 3) Birinci Dünya müharibəsinin əvvəlində - 1914-cü ilin avqustunda yaradılmış Qafqaz yerli süvari diviziyasının (“Vəhşi diviziya”) qalığı olan az saylı hərbi qüvvələr.

1918-ci ilin yanvarında Müsəlman Korpusunun komandanı general Ə.Talışınskinin Bakıda həbs edilməsi şəhərin dinc azərbaycanlı əhalisinin etirazına səbəb oldu. Mart ayında Bakıda siyasi vəziyyəti gərginləşdirən digər bir hadisə isə Bakı Sovetinə seçkilərdə azərbaycanlıların ən böyük milli partiyası olan “Müsavat” partiyasının böyük səs çoxluğu ilə qələbə qazanması idi. Martın 15-də S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti “Daşnaksütyun” partiyasının Bakı komitəsi və digər erməni millətçi təşkilatları ilə Azərbaycan milli-azadlıq hərəkatının aparıcı qüvvəsi olan “Müsavat” partiyasına qarşı birgə fəaliyyət göstərmək haqqında gizli saziş bağladı. Bundan sonra S.Şaumyan “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası ilə əlbir hərəkət edərək qısa müddətdə Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı soyqırımı həyata keçirmək üçün öz iyrənc planını işə saldı. O, martın 29-da Bakı limanından “Evelina” gəmisi ilə Lənkərana getmək istəyən müsəlman əsgərlərini tərksilah etmək haqqında əmr verdi. Azərbaycanlı əhali silahların geri qaytarılmasını tələb etdikdə martın 30-da bolşevik-daşnak qüvvələri atəş açmağa başladılar. Bununla da S.Şaumyanın təxribat planı baş tutdu. Martın 31-də səhər açılan kimi toplar və pulemyotlarla silahlanmış bolşevik-daşnak qüvvələri şəhər əhalisini vəhşicəsinə qətlə yetirməyə başladılar. Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinədək fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci il martın 30-dan aprelin 2-dək 3 gün ərzində yalnız Bakı şəhərində 12 min nəfərdən çox azərbaycanlı öldürüldü. Bütövlükdə isə Bakı quberniyasında sentyabrın 15-dək davam etmiş kütləvi qırğınlar nəticəsində 50 min nəfərdən çox dinc azərbaycanlı əhali qətlə yetirildi. Bakıda “Təzəpir məscidi”nin və “Şah məscidi”nin minarələri top atəşinə tutuldu, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanaları dağıdıldı, Tağıyev teatrı, “İsmailiyyə” binası, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı.

“Bolşevik-daşnak hərbi birləşmələri Bakıdan başqa Azərbaycanın digər şəhərlərində də soyqırımı törətdilər. S.Şaumyan hələ martın 17-də Bakıdan 2 min nəfər top və pulemyotla silahlanmış qoşunu Şamaxı qəzasına dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirmək üçün göndərmişdi. Mart-aprel aylarında S.Lalayan və T.Əmiryanın terrorçu dəstələri Şamaxı qəzasının 58 kəndini viran edərək, 8 min nəfərdən çox dinc sakinini qətlə yetirib və Şamaxı Cümə məscidini yandırmışdılar. “Azərbaycan” qəzetində Şamaxıya hücum edən düşmən ordusunun 4 min nəfər olduğu, onların isə yüzdə səksəninin erməni olması göstərilib. “Hümmət” qəzetində “Şamaxı əhvalı” adlı məqalədə Şamaxı şəhərinin bütünlüklə yandırıldığı qeyd edilib.

Mayın 1-də Qubaya hücum edən S.Hamazaspın başçılıq etdiyi 5 min nəfərlik daşnak dəstəsi S.Şaumyandan buradakı bütün müsəlmanları qətlə yetirmək, kəndləri viran qoymaq və bu hadisəni sünni və şiə əhalisi arasında münaqişə kimi qələmə vermək tapşırığı almışdı. Daşnaklar Quba, Qusar və Xaçmaz ərazilərində 26 məscidə od vurub yandırdılar. Bütövlükdə isə Quba qəzasında 17 min nəfərə yaxın dinc azərbaycanlı əhalini qətlə yetirdilər. Bakı, Şamaxı və Quba ilə yanaşı Lənkəran, Kürdəmir, Salyan, Göyçay, Naxçıvan, İrəvan, Göyçə, Vedi, Ağbaba, Şörəyel, Şərur- Dərələyəz və Zəngəzur qəzalarında da on minlərlə dinc azərbaycanlı əhalisi erməni daşnakları tərəfindən qətlə yetirildi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində təkcə Zəngəzur qəzasında 115 kəndin viran edildiyi, 10 min nəfərdən çox dinc azərbaycanlı əhalinin qətlə yetirildiyi, onun isə 2200 nəfərinin uşaq olduğu qeyd edilib. Şərqi Anadoluda yerli türk-müsəlman əhalisinə qarşı qanlı əməlləri ilə tanınan erməni qulduru Andranik 1918-ci ilin mayından 1919-cu ilin martınadək Göyçədən Urmiya hövzəsinə və Zəngəzuradək böyük bir coğrafiyada 600 min nəfərədək dinc azərbaycanlı əhalini soyqırımına məruz qoymuşdur. 1920-ci ilin martında “Nyu York Tayms” qəzetinin “Cari tarix” bölməsində (11-ci cild, 2-ci nömrə) dərc edilmiş “Qafqazda yeni respublikalar” sərlövhəli məqalədə 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və ətraf bölgələrdə, eləcə də Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran, Qarabağ, Zəngəzur və Naxçıvanda Bakı Sovetinin “Daşnaksütyun” partiyası ilə birlikdə azərbaycanlılara qarşı milli qırğın törətməsindən bəhs edilir.

Beləliklə, 1918-ci ilin Mart soyqırımı erməni daşnaklarının Qafqazda törətdiyi ən qanlı hadisə kimi tarixə düşdü. 1920-ci ilin aprelində bolşevik işğalından sonra Azərbaycanda qurulan sovet hökuməti dövründə daşnaklar Sovet Rusiyasının dəstəyi ilə Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun qərb hissəsini və Göyçə mahalının bir hissəsini ələ keçirdilər. 1918-ci il Mart soyqırımına ilk dəfə tarixi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. Onun 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

2013-cü ildə Qubada erməni silahlı dəstələri tərəfindən qətlə yetirilənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradıldı. Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olan 1918-ci il Mart soyqırımı XX əsrin ən böyük faciələrindən biridir”, - deyə Ramin Əlizadə qeyd edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mustafa Abitoğlu: “Üzgüçülük hamı üçün” layihəsində yeni bir tarix yazmaq üçün gəlmişik

Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir

Metronun “28 May” stansiyasında ölüm faktı ilə bağlı araşdırma aparılır

Fərid Qayıbov: Sevindirici haldır ki, üzgüçülük yarışında müxtəlif yaşda olan insanlara rast gəlinir

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar

Şahbuz rayonunda 82 millimetrlik minaatan mərmisi aşkar olunub

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO

Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

Dağ Yəhudilərinin İrsi Mərkəzində Qurtuluş və Nicat Gününə həsr edilən sərgi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 10 mərkəzdə aparılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib

A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

İtaliyada Respublika Günü qeyd olunur

Sərnişin metroda stansiya yoluna düşüb

Metyu Brayza: Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi edəcəyi indidən məlumdur

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb VİDEO

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şəhid övladlarının Bulvar gəzintisi təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO