DÜNYA
“Telecom Italia”nın baş icraçı direktoru istefa verib
Roma, 28 noyabr, AZƏRTAC
“Telecom Italia SPA” şirkətinin baş icraçı direktoru Luici Qubitosi öz vəzifəsindən istefa verib.
AZƏRTAC xəbər verir ki, L.Qubitosinin istefası şirkətin direktorlar şurası tərəfindən qəbul edilib. Onun istefasından sonra şirkətin idarə heyətinin sədri Salvatore Rossi “Telecom Italia”nın strateji aktivlərinin və tərəfdaşlıqlarının idarə edilməsinə cavabdeh olacaq. Şirkətin Braziliyadakı əməliyyatlarının rəhbəri Pietro Labriola isə qrupun baş meneceri təyin olunub.
Xatırladaq ki, ABŞ-ın “KKR & Co.” özəl kapital şirkəti keçən həftə “Telecom Italia”nı 10,8 milyard avroya (12,2 milyard dollar) almaq üçün təklifini təqdim edib. Lakin bu təklifə “Telecom Italia”nın ən böyük səhmdarı olan “Vivendi SE” şirkətinin qarşı çıxacağı gözlənilir.
Qeyd edək ki, “Telecom Italia” son 5 ildə dəyərinin yarısını itirib. Şirkətin səhmlərinin satılmasında məqsəd bazarda səhmlərin dəyər itirməsinin qarşısını almaq və təxminən 22 milyard avroluq xalis borcu azaltmaqdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]