REGİONLAR
ADAU-da növbəti seminar professor İsmayıl Türkan tərəfindən keçirilib
Gəncə, 1 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında bu ilin avqustun 9-da imzalanmış protokola əsasən, beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsi prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti seminar Ege Universitetinin professoru İsmayıl Türkan tərəfindən “Bitki Biyolojisinde Gelişmeler” mövzusunda təşkil olunub.
Tədbirdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Elm şöbəsinin müdiri Elçin Nəsirov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.