Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinin qeyd edilməsinə hazırlıq barədə” Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2012-ci il 5 dekabr tarixli Qərarında 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin qeyd olunmasına dair tövsiyəyə uyğun olaraq qərara alıram:

1. “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2015-ci il Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2015-ci il.

 

 

                                         Azərbaycan Respublikası Prezidentinin

                                         2015-ci il 23 fevral tarixli Sərəncamı

                                                  ilə təsdiq edilmişdir 

      

1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə

hazırlıq və yubileyin qeyd olunması üzrə

Tədbirlər Planı

 

 

 

Tədbirin adı

İcraçılar

İcra   müddəti

 1.

Azərbaycan Respublikasının şəhər və rayonlarında, dövlət qurumlarında         1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin təntənəli qeyd edilməsi

yerli icra hakimiyyəti orqanları, aidiyyəti dövlət qurumları

 (veteran təşkilatları cəlb edilməklə)

aprel-may

2015

 

 2.

Xatirə komplekslərinin ziyarət edilməsi

yerli icra hakimiyyəti orqanları (veteran təşkilatları cəlb edilməklə)

may 2015

 3.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Bakı şəhərində müharibə veteranlarının, arxa cəbhə zəhmətkeşləri nümayəndələrinin iştirakı ilə təntənəli yığıncağın keçirilməsi

 

Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)

 may 2015

 4.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində keçiriləcək hərbi paradda respublika nümayəndələrinin iştirakının təmin edilməsi

 

Müdafiə Nazirliyi,

Maliyyə Nazirliyi (Respublika Veteranlar  Təşkilatı cəlb edilməklə)

may 2015

 5.

 

1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, tibb işçilərinin müstəsna roluna dair elmi konfransların, simpoziumların keçirilməsi

Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyəti

 (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)

2015 

 6.

Kütləvi informasiya vasitələrində 1941-1945-ci illər müharibəsinə və bu müharibədə  qələbəyə həsr edilmiş məlumatların yayılması, silsilə teleradio verilişlərinin təşkili, sənədli və bədii filmlərin nümayişi

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, dövlət mətbuat orqanları

 

2015

 7.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş sənədlərin, plakatların, fotomaterialların, əsərlərin, əşyaların sərgisinin təşkil edilməsi

 

 

Müdafiə Nazirliyi, Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları

(Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)

aprel-may

2015

 

 8.

1941-1945-ci illər müharibəsinə və həmin müharibədə qələbəyə  həsr edilmiş əsərlərin, kitabların sərgisinin təşkil  edilməsi

 

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi

 

2015

 

 9.

Təhsil müəssisələrində 1941-1945-ci illər müharibəsi iştirakçıları ilə görüşlərin keçirilməsi

Təhsil Nazirliyi

(Respublika Veteranlar   Təşkilatı cəlb edilməklə)

2015

 10.

Təhsil müəssisələrində 1941-1945-ci illər müharibəsinə  həsr olunmuş vahid dərsin (günün) keçirilməsi

 

Təhsil  Nazirliyi

2015-ci ilin dekabr ayınadək

 11.

1941-1945-ci illər müharibəsi veteranları və gənclər cəlb edilməklə, 1941-1945-ci illər müharibəsinin mühüm hadisələrinə həsr olunmuş görüşlərin keçirilməsi, gənclərin  xatirə komplekslərinə ziyarətlərinin təşkili

Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)

2015

 12.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar hərbi hissələrdə  müharibə veteranları ilə görüşlərin təşkil edilməsi

 

Müdafiə Nazirliyi

 (Respublika Veteranlar  Təşkilatı  cəlb edilməklə)

mart-may

2015

 13.

Müharibə veteranlarının iştirakı ilə        1941-1945-ci illər müharibəsinə həsr edilmiş “dəyirmi masa”ların, bədii proqramların, görüşlərin təşkili

 

Mədəniyyət və Turizm Nazirliyi

(Respublika Veteranlar  Təşkilatı  cəlb edilməklə)

2015

 14.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş idman tədbirlərinin keçirilməsi

 

Gənclər və İdman  Nazirliyi

2015

 15.

“1941-1945-ci illər müharibəsində qadınların rolu” mövzusunda beynəlxalq elmi-təcrübi  konfransın təşkil edilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası

(Respublika Veteranlar   Təşkilatı cəlb edilməklə)

aprel 2015

 16.

“1941-1945-ci illər müharibəsində qələbənin qazanılmasında  alimlərin rolu” mövzusunda beynəlxalq konfransın təşkil edilməsi

 

Azərbaycan Milli Elmlər Akademiyası

(Respublika Veteranlar    Təşkilatı cəlb edilməklə)

aprel 2015

 17.

Daxili   işlər  orqanlarında çalışmış 1941-1945-ci illər müharibəsi iştirakçılarına həsr olunmuş “Onlar vətənə xidmət etmişlər” adı  ilə dərc olunmuş kitablar və digər nəşrlərin MDB iştirakçıları olan ölkələrin  daxili  işlər nazirlikləri  ilə qarşılıqlı mübadiləsi tədbirlərində iştirakın təmin  edilməsi

 

Daxili İşlər Nazirliyi (veteranlar təşkilatları cəlb edilməklə)

2015

 18.

1941-1945-ci illər müharibəsində eyni hərbi hissədə xidmət etmiş veteranlar üçün təşkil olunmuş telekörpüdə respublika  veteranlarının iştirakının təmin edilməsi

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (veteranlar təşkilatları cəlb edilməklə)

2015

 19.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş sərhəd mahnılarının beynəlxalq festivalında  iştirak  edilməsi

 

Dövlət  Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi (Azərbaycan Bəstəkarlar  İttifaqı cəlb edilməklə)

oktyabr-noyabr

2015

 

 20.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş “Vivat Pobeda! ” əsgər mahnıları beynəlxalq  festivalında iştirakın təmin edilməsi

 

Müdafiə  Nazirliyi, Mədəniyyət  və Turizm  Nazirliyi

aprel-may

2015

 

 21.

Moskva  şəhərində 1941-1945-ci illər müharibəsinə və həmin müharibədə qələbənin 70 illiyinə həsr olunmuş  ikinci beynəlxalq elmi-təcrübi  konfransda iştirak edilməsi

 

Azərbaycan Milli Elmlər  Akademiyası

aprel 2015

 22.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində  tarixçilərin təşkil etdiyi beynəlxalq məktəbin işində iştirak edilməsi

 

Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil  Nazirliyi

mart-iyun

2015

 

 23.

1941-1945-ci illər müharibəsi ilə əlaqədar olan  xatirə yerlərinin (təxliyə hospitallarının, qəbiristanlıqların, memorialların, abidələrin) pasportlaşdırılması və onun elektron variantının yaradılması işinin başa çatdırılması

 

Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyətləri orqanları (veteranlar  təşkilatları cəlb edilməklə)

2015

 24.

Hərbi qəbiristanlıqların, memorial və xatirə komplekslərinin  abadlığının təmin edilməsi,  9 may günü ərəfəsində onlara baxış keçirilməsi

yerli icra hakimiyyəti orqanları 

mütəmadi

 25.

1941-1945-ci illər müharibəsində həlak olmuş və ya itkin düşmüş döyüşçülərin  xatirələrini əbədiləşdirən “Xatirə Kitabı”nın nəşrinin davam etdirilməsi

 

Mədəniyyət və Turizm Nazirliyi

 

2015

 26.

1941-1945-ci illər müharibəsi  iştirakçıları barədə məlumat bazasının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi

 

Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu (veteranlar təşkilatları cəlb edilməklə)

mütəmadi

 27.

1941-1945-ci illər müharibəsində  qələbənin 70 illiyinə həsr edilmiş dövlət poçt ödənişi nişanlarının – poçt markalarının, zərflərin və təbrik açıqcalarının  buraxılması

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2015

 28.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi dövründə 1941-1945-ci illər müharibəsi veteranlarının şəhərlərarası və beynəlxalq telefon danışıqlarından istifadə etmələrinə  şərait  yaradılması

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

25 aprel -

10 may 2015

 

 29.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin  qeyd  edilməsi  günlərində      1941-1945-ci illər müharibəsi veteranlarının  və onları müşayiət edən şəxslərin nəqliyyat  vasitələrindən ödənişsiz istifadəsinin təmin edilməsi (taksidən başqa)

 

Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

 

3-12 may  2015

 

 30.

Növbədə dayanan 1941-1945-ci illər müharibəsi əlillərinin xüsusi avtonəqliyyatla təmin edilməsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

aprel-may

2015

 

 31.

1941-1945-ci illər müharibəsinin 90 yaşına çatmış veteranlarının  yubileylərinin  təşkil edilməsi

yerli icra hakimiyyəti orqanları 

(veteranlar təşkilatları cəlb edilməklə)

 

mütəmadi

 32.

1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına,  arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi

 

Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu

may 2015

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin