Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

1969-cu ilin 14 iyulu: Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı

1969-cu ilin 14 iyulu: Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycanın həm Sovet İttifaqı, həm də müstəqillik dövründə inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulub. Həmin vaxt siyasi hakimiyyətə gələn müdrik şəxsiyyət Heydər Əliyev respublikamızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb, Azərbaycanı həm SSRİ, həm də dünya miqyasında tanıdıb. 1969-cu ilə qədər iqtisadi tənəzzüldə boğulan, SSRİ-nin geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, eyni zamanda, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti, incəsənəti, alimi, əmək adamı ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı hesab olunur.

AZƏRTAC Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri Səhər İsmayılovanın “1969-cu ilin 14 iyulu: Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı” sərlövhəli məqaləsini təqdim edir.

Ulu Öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Ulu Öndər sərt sovet rejimində bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb və cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, azərbaycançılıq ideyasının təbliği istiqamətində atdığı cəsarətli addımlar, həyata keçirdiyi tədbirlər hər bir Azərbaycan vətəndaşında belə bir inam yaradırdı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq, müstəqil olacaq. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf, milli kadrlar, ziyalı nəsli, hüquqi baza yetişdirilməlidir. Ulu Öndər hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratmağa nail olmuşdu. 1969-1982-ci illərdə Azərbaycanın sürətli inkişafı, adət-ənənəsinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması bugünkü müstəqilliyimizin təməlinin qoyulmasında böyük rol oynayıb. Azərbaycanın sənaye-aqrar respublikasına çevrilməsi də bu istiqamətdə mühüm əhəmiyyət kəsb edib. Ümummilli Lider respublikaya rəhbərlik etdiyi dövrdə bütün fəaliyyəti ilə hər bir azərbaycanlıya Vətən, xalq üçün qurub-yaratmaq, xidmət etmək fəlsəfəsini aşılayıb. 1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi yaddaşlara həkk olunub. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqilliyimizin əbədiliyinin qorunmasında fəal iştirak edir. Həmin dövrdə Moskvaya, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bütün bunlar Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələri idi. Ümummilli Lider ötən əsrin 70-80-ci illərində də təhsilin inkişafını, gənclərin, xüsusilə kənd yerlərində yaşayanların təhsil almalarını daim diqqət mərkəzində saxlayıb. Onun rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilib. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Ulu Öndər sonralar həmin dövrü xarakterizə edərkən deyib: “Tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”. 1969-1982-ci illərdə Ulu Öndərin dövlət idarəçiliyindəki xüsusi qabiliyyəti, uzaqgörən siyasəti və strateji təfəkkürü sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu qət edərək keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxdı. Bu illər tariximizə yüksəliş dövrü kimi həkk olunub. Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə qazanılan uğurlar xalqımızın milli mənlik şüurunun oyanışına, dövlətçilik təfəkkürünün formalaşmasına güclü təkan verdi. Məhz həmin dövrdə sərt kommunist rejiminin ciddi nəzarətində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin, möhkəm bünövrə və hüquqi baza yaradıldı. Ulu Öndərin xidmətləri sayəsində imperiya rejimi altında xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilib. Bu gün sürətli inkişafı, müstəqil xarici siyasəti ilə dünya birliyinin layiqli üzvünə çevrilmiş demokratik Azərbaycan Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının parlaq nişanəsidir. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz Ulu Öndərin respublikaya rəhbərliyindən sonra başlayıb. Ulu Öndər sərt sovet rejimində Vətən, millət naminə həyatını riskə qoyaraq, hər an “millətçi” damğası almaq təhlükəsindən qorxmadan, çəkinmədən azərbaycançılığın ən parlaq səhifələrini yaradıb. O, Azərbaycanda milli ruhun tamamilə sıxışdırılmasına nəinki yol verməyib, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarıb və buna nail olub. Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edib. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını alıb. Bu isə milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyevin bu fəaliyyəti Vətənə, millətə xalqa dərin məhəbbətlə bağlılığını əks etdirirdi. O, bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutub, hələ o zaman hər bir soydaşımızın qəlbində əbədi heykəlini qoyub. Azərbaycanın yetişdirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı keşməkeşli həyatı boyu hər zaman xalqını, Vətənini düşünüb. Onun ürəyi Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, ölkəsini bəlalardan qurtarmağı bacarıb. Heydər Əliyevin xalq, Vətən qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsi olub. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan Ulu Öndər yüksəksəviyyəli yığıncaqlarda, müşavirələrdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanıb. O, çox yaxşı bilirdi ki, qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Bu işlə məşğul olanlara düşünmədən “millətçi” damğası vurular və həmin adamın aqibəti çox pis olardı. Belə şəxslər dərhal Sibirə sürgün olunurdular. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt respublikaya rəhbərlik edən Heydər Əliyev ana dili məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulayıb ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin Konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri, ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif edilmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu, Heydər Əliyevin öz xalqı, Vətəni, milləti qarşısında göstərdiyi ən böyük xidmətlərindən biri idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qoruyub. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olub. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqillik illərində də milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, ana dilimizin qorunması, milli dövlətçiliyin daha da möhkəmləndirilməsi, o cümlədən Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirib, mühüm tarixi fərman və sərəncamlar imzalayıb.

Ulu Öndər müstəqilliyimizin əbədiliyin qorunmasında gənc nəslin hərtərəfli yetişməsini, dövlət işlərinə cəlb edilməsini daim diqqət mərkəzində saxlayıb. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olub. Onun zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Mən də gənc nəslin nümayəndəsi kimi Ulu Öndərin yaratdığı şəraitdən bəhrələnirəm. Məzunu olduğum Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması, getdikcə ali idarəçilik məktəbi kimi formalaşması və bu gün dövlət idarəçiliyində çalışan gənclərin yetişdirilməsində müstəsna rol oynayan ali təhsil ocağı məhz ulu öndər Heydər Əliyevin yadigarıdır. Yüzlərlə gəncin bacarıqlı idarəçi kimi formalaşmasında, dövlətimizə və dövlətçiliyimizə layiqincə xidmət etməsində, dövlət qulluqçularının ixtisasını artırmaqla müasir dövrün idarəçilik sisteminin tələblərinə cavab verən yeni bilikləri əldə etməsində Dövlət İdarəçilik Akademiyasının rolu danılmazdır.

Bu gün dünya birliyində özünə layiqli yer tutan, inkişaf etmiş demokratik ölkələrlə bir sırada adı çəkilən müstəqil Azərbaycan Ulu Öndərin xalqımıza əmanətidir. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev, o cümlədən ölkəmizin mədəniyyətinin, incəsənətinin, mədəni irsinin dünyada tanıdılmasında misilsiz xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın adının daha yüksəkliklərdən eşidilməsi üçün bütün qüvvələrindən istifadə edirlər. Bütün bunlara məhz dövlət idarəçiliyinin ali zirvədə olması hesabına nail olunub. Bunun isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BANM-in tələbəsi Yaponiyada tədqiqat təcrübə proqramı qazanıb

Liviya səfiri: İşğaldan azad edilən ərazilərdəki genişmiqyaslı işləri heyranlıqla izləyirəm

Medianın İnkişafı Agentliyində mətbəə və yayım şirkətlərinin rəhbərləri ilə görüş olub

Yer elmləri və ətraf mühit problemləri ilə bağlı beynəlxalq konfransa qatılan qonaqlar ADNSU-da olublar

Mərkəzi Elmi Kitabxanada təlim keçən bir qrup gənc sertifikatla təltif olunub

Artıq Avropanın enerji təhlükəsizliyinin dayaqlarından olan Azərbaycanla hesablaşırlar ŞƏRH

Nobel mükafatçısı Əziz Səncərin Azərbaycan Tibb Universitetində mühazirəsi dinlənilib

Fabio Andreotti: Sənətdə ən dəyərli nemət insan səsidir

Ekspert: Abituriyentlərin Qarabağ Universitetini seçməsi onların gələcək karyerasına müsbət təsir edəcək

Otuz iki il əvvəl şəhidlik zirvəsinə ucalan iki döyüşçü Xaçmazda dəfn olunub

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib, sualları cavablandırılıb

Məhərrəm İbrahimovun şəhid olmasından üç il ötür

“Qarabağ” qapıçısı Andrey Lunyovla vidalaşıb

“Kişi və qadın” adlı yeni tamaşanın məşqlərinə başlanılıb

DSMF: May ayında 2,8 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

Omanda “Şuşa - Şərqin mədəniyyət beşiyi” adlı musiqili konsert keçirilib

Salvinidən Makrona təklif: get Ukraynada özün döyüş

Xətai rayonunda 11 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb VİDEO

Kəngərli rayonunda partlamamış 6 ədəd mərmi aşkar edilib

"Gənclər Paytaxtı” olan Şuşa şəhərinə simvolik açar təqdim edilib

London xəstəxanaları kiberhücuma məruz qalıb

Kriştiano Ronaldo kuboksuz mövsümü karyerasının ən yaxşısı adlandırıb

Türkiyə telekommunikasiya peykləri hazırlayan ölkələr sırasına qoşulub

Çində yük qatarı 6 dəmir yolu işçisini əzərək öldürüb

Şimal-qərb bölgəsi üzrə 1820 müəllim sertifikasiyaya cəlb olunacaq

BMT Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hesabat hazırlayıb

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 438 nömrəli, “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

AzMİU: İmtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi ilə bağlı məktubu

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərid Qayıbov: Şuşa hər birimiz üçün əzizdir

Qazaxıstan təmsilçisi: Ötən sərgi şirkətimiz üçün uğurlu keçdiyinə görə, yenidən iştirak etmək qərarına gəldik

Bursada meşəlik ərazidə yanğın başlayıb, bölgəyə çox sayda texnika cəlb edilib

Aydın Kərimov: Şuşanın gənclər paytaxtı seçilməsi bizim üçün rəmzi məna daşıyır

Dünya Bankı ilə Azərbaycanda investisiya mühitinin əlverişliliyinin daha da artırılması müzakirə olunub

"Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fotomüsabiqə

Əhməd Rəcəbli küçəsinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb VİDEO

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar

Sərgi iştirakçısı: “Caspian Oil&Gas” və “Caspian Power” yeni məhsulları nümayiş etdirmək üçün əlverişli fürsətdir

Professor Əziz Səncər: Azərbaycana bu səfərimdə insanlarda bir rahatlıq gördüm, indi torpaq dərdimiz yoxdur

“A-Hub” proqramının qalibi: Çox şadıq ki, yaratdığımız layihə yüksək qiymətləndirilib

İƏİT-in iclasında Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə məlumat verilib

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib  YENİLƏNİB VİDEO

AQTA: Monitorinqlər zamanı 138 müəssisədə nöqsanlar aşkarlanıb

Britaniyanın Leyboristlər Partiyasının seçkilərdə rekord qələbə qazanacağı proqnozlaşdırılır

Şuşa İslam Əməkdaşlıq Təşkilatının 10-cu Gənclər Paytaxtına ev sahibliyi edir

® ABB-nin komandası turnirin qalibi olub!

“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa təşkil edilib

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub

SOCAR: Bizim əsas hədəfimiz azalma tempini stabilləşdirməkdir VİDEO

“Dönər House 24” adlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bu ilin əvvəlindən Türkiyəni dörd milyonadək turist ziyarət edib

Gəncədə nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

TƏBİB və “Sana” klinikası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə yekun vurulub

BMU-da Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır

Birinci Qarabağ müharibəsi şəhidi Rüfət Cabbarov Siyəzəndə dəfn olunub

Türkiyədə kömür mədəni çöküb, bir işçi torpaq altında qalıb

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

İran Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində qoşula bilər

Milli Məclis sədrinin müavini “Liderlik Akademiyası”nın iştirakçıları ilə görüşüb

Nizami Gəncəvinin “Xəmsə”si türk dilinə akademik səviyyədə tərcümə olunacaq

XXVII Peterburq Beynəlxalq İqtisadi Forumu platformasında “Rusiya-Azərbaycan” biznes-dialoqu keçiriləcək

Özbəkistanlı alimlər ADPU-nun Quba filialında olublar

Pedaqoji Universitetin 656 tələbəsi magistraturaya qəbul imtahanında iştirak edib

Otuz ildən sonra şəhid Abış Məhəmmədovun nəşi Qaradağda torpağa tapşırılıb

Arif Əsədov: Albaniya və Qazaxıstanın qarşısına qələbə qazanmaq əzmi ilə çıxacağıq

“Nobel Energy”: Xəzər dənizində əməliyyatlar aparmaq daha səmərəli və rahatdır VİDEO

DSX: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıda dövlət sərhədinin mühafizəsi yüksək səviyyədə aparılır FOTOLAR VİDEO

“Naz-nazı” muğam qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış edib

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Olimpiadaya lisenziyası təsdiqlənib

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Bərdə şəhərində ictimai dinləmə keçirilib

BP: “Şahdəniz” qlobal layihədir VİDEO

İspaniya Baş nazirinin həyat yoldaşı məhkəməyə çağırılıb

Moskva Ankaranın BRICS-ə üzv olmaq istəyini alqışlayır

“Manqurt” tamaşası yenidən Akademik Milli Dram Teatrının səhnəsində

Kibertəhlükəsizlik forumu ilə bağlı 5 türk dövlətinin nümayəndəsi Bakıdadır

Belçika XİN-in başçısı Macarıstanı Aİ-də səsvermə hüququndan məhrum etməyə çağırıb

AQTA sədri Göyçayda vətəndaşları dinləyəcək

Laçında növbəti əmək yarmarkası keçiriləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Tovuzda tibbi aksiya keçirəcək

AzMİU və Milan Texniki Universiteti əməkdaşlığı genişləndirir

AQTİ-də növbəti “Açıq qapı” günü keçiriləcək

MEDİA vətəndaşları saxta kampaniyalara qarşı sayıq olmağa çağırıb

“Johnson & Johnson” tərkibində asbest olan uşaq səpmə tozuna görə cərimələnib

NATO ABŞ-dan Avropaya qoşun gətirmək üçün plan hazırlayır

Dövlət Akademik Filarmoniyası iyun repertuarını açıqlayıb

Samuxda ərik festivalı keçiriləcək

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilir

Professor Əziz Səncər Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin müəllim və şagirdləri ilə görüşüb

Ədalət Hacıyev: Aktyor nəsillərinin yerdəyişməsi onu göstərir ki, teatr yaşayır

Britaniya təmiz enerji layihələrinə sərmayəni üç dəfə artırıb

Azərbaycan gimnastları beynəlxalq turniri 17 medalla başa vurublar

Şəki və Balakənin bağçası olmayan ucqar kəndlərində yeni pilot layihəyə start verilib VİDEO

Bugünkü hərracda tələb 73 milyon dollara yaxın olub

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda kubokun sahibi olub

Nobel mükafatçısı Əziz Səncər ADA Universitetində olub