Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaşar Əliyev: Azərbaycan işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, məcburi köçkünlərin təhlükəsiz qaytarılması və münaqişədən sonrakı dövrdə dünya nizamı məsələlərinə birinci dərəcəli diqqət yetirir

Yaşar Əliyev: Azərbaycan işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, məcburi köçkünlərin təhlükəsiz qaytarılması və münaqişədən sonrakı dövrdə dünya nizamı məsələlərinə birinci dərəcəli diqqət yetirir

Vaşinqton, 26 yanvar, AZƏRTAC

Yanvarın 25-də Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının “Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilmiş iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev açıq debatlarda məruzə ilə çıxış edib. Azərbaycanlı diplomat çıxışında qeyd edib ki, ötən illər ərzində hərbi əməliyyatların aparılmasını nizamlayan hüquqi baxımdan məcburi normaların möhkəm təməli işlənib hazırlanıb. İnkişaf etməkdə olan beynəlxalq məhkəmə praktikası beynəlxalq hüququ möhkəmlətməyə kömək edib, ən ciddi cinayətlərə görə təqsirkarların cəzalandırılmasına, belə cinayətlərin təkrarlanmasının qarşısının alınmasına, hüququn aliliyinin təmin edilməsinə, sülhün bərpasına və dünyanın inkişafına şərait yaradıb. Bununla belə, ciddi problemlər hələ də qalır. BMT-nin Baş katibi mülki şəxslərin müdafiəsi haqqında son məruzəsində qeyd edib ki, silahlı münaqişələr hələ də mülki şəxslər arasında böyük itkilərə, yaralanma və psixoloji travmalara, seksual zorakılığa, işgəncələrə, insanların yoxa çıxmasına, habelə evlərin, məktəblərin, bazarların, xəstəxanaların, əsas mülki infrastruktur obyektlərinin zədələnməsinə və dağıdılmasına gətirib çıxarır.

Y.Əliyev bildirib ki, Azərbaycan dinc sakinlərə hücumları və beynəlxalq humanitar hüququn pozulmalarını qətiyyətlə pisləyir. Şəhər rayonlarında baş verən silahlı münaqişələr mülki əhaliyə və baza strukturuna ciddi ziyan vurur. Bəzən hərbi hədəflər və ya mütənasib hərbi üstünlük olmayan rayonlarda hərbi qüvvə tətbiq edilir, silah tətbiq edilən mülki şəxslər və mülki obyektlər bilərəkdən hədəfə çevrilir. Belə hallarda mülki şəxslər kor-koranə hərəkətlərin yüksək riskinə məruz qalırlar.

Azərbaycanın BMT yanında nümayəndəliyinin rəhbəri qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycan Ermənistan tərəfindən təcavüzün dağıdıcı nəticələrindən ciddi zərər çəkib. Beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün müharibə dövründə mülki şəxslərin qorunmasının pozulması yeganə və ya təsadüfi hallar olmayıb, çünki Azərbaycandakı mülki şəxslər və müxtəlif yaşayış məntəqələri dəfələrlə belə hücumlara məruz qalıb.

Y.Əliyev deyib ki, mülki əhaliyə, infrastruktur obyektlərinə, yaşayış evlərinə, məktəblərə və xəstəxanalara hücumların tezliyi və vaxtı, onların qəsdən hədəfə alınması, əhalisi sıx olan rayonlara qarşı ağır partladıcı silahların və beynəlxalq səviyyədə qadağan edilmiş bombaların tətbiq edilməsi və bunun doğurduğu dağıntıların miqyası onu göstərir ki, Ermənistan açıq-aşkar Azərbaycanın dinc sakinlərini qorxutmaq və öldürmək, onları öz evlərini və əmlakını qoyub getməyə məcbur etmək niyyətindədir.

Ən ciddi pozuntuların bir neçə saat ərzində yüzlərlə dinc sakinin həlak olması ilə nəticələnməsini vurğulayan azərbaycanlı diplomat qeyd edib ki, gələn ay Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş münaqişə zamanı törədilmiş böyük soyqırımının otuz illiyi tamam olur. Ermənilər tərəfindən Xocalıya hücum və şəhərin tutulması nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib və ya ağır yaralanıb, girov götürülüb və işgəncələrə məruz qalıb, şəhər isə yerlə-yeksan edilib.

2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində bu münaqişə həll edilib. Azərbaycan işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, məcburi köçkünlərin təhlükəsiz qaytarılması və münaqişədən sonrakı dövrdə dünya nizamı məsələlərinə birinci dərəcəli diqqət yetirir.

Buna baxmayaraq, döyüş əməliyyatları dayandırılandan, müharibə başa çatandan sonra Azərbaycanın yüzlərlə dinc sakini piyadalar əleyhinə minalara düşərək həlak olub və ya yaralanıb. Ermənistan Azərbaycan ərazisində yerləşdirdiyi yüz minlərlə mina barədə dəqiq məlumat verməyib, beləliklə məcburi köçkünlərin geri qaytarılmasına mane olmağa çalışıb. Üstəlik, münaqişə dövründə Azərbaycanın şəhərlərinə, qəsəbə və kəndlərinə hərbi zərbələr endirmək və hücum etmək barədə əmr verənlər hələ də cəzasız qalır. Əksinə, onların çoxu Ermənistanda milli qəhrəmanlar kimi şöhrətlənir, ali siyasi və hərbi vəzifələrə irəli çəkilirlər.

Y.Əliyev daha sonra bildirib ki, S/2022/23 nömrəli konseptual məktubda bir sıra məsələlər qaldırılır. Təhlükəsizlik Şurasının bu iclasında, o cümlədən şəhər rayonlarında hərbi əməliyyatlar zamanı mülki şəxslərin üzləşdiyi problemlərin qarşısının alınması və onlara cavab verilməsi üçün Təhlükəsizlik Şurasının sərəncamında olan vasitələrdən daha səmərəli istifadə etməyin yolları və ölkələrin beynəlxalq humanitar hüquqa riayət olunmasını necə yaxşılaşdıra biləcəkləri barədə müzakirələr zamanı həmin konseptual məktubda qeyd olunan məsələlər rəhbər götürülməlidir. Diplomat deyib ki, beynəlxalq humanitar normalarına tam riayət edilməsinin təmin olunması bütün silahlı münaqişələrdə əsas vəzifədir. Cəzasız qalan hüquq pozuntuları çox vaxt münaqişələrin təkrarlanmasına və yeni cinayətlər törədilməsinə rəvac verən katalizator qismində çıxış edir. Azərbaycanlı diplomat vurğulayıb ki, BMT-nin Baş katibinin öz məruzəsində vurğuladığı kimi, qaydalara riayət olunması və qabaqcıl praktikanın tətbiq edilməsi, habelə təqsirkarların məhkəmə qaydasında təqibinin reallaşdırılması və qurbanlara dəymiş ziyanın ödənilməsinin təmin edilmişi üçün siyasi iradə tələb olunur.

Humanitar təşkilatların rolu əvəzedilməzdir. Bu təşkilatların münaqişəli və münaqişədən sonrakı hallarda iştirakı müstəsna olaraq humanitar xarakter daşımalı, bundan siyasi məqsədlər üçün istifadə edilməməli, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə tam hörmət edilməklə zərərçəkmiş ölkənin razılığı, neytrallıq və qərəzsizlik prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.

Y.Əliyev çıxışının sonunda deyib ki, Təhlükəsizlik Şurası mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirməli, daim tələb etməlidir ki, silahlı münaqişədə bütün tərəflər beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə tam riayət etsinlər.

AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb