Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətəndaşlara daha keyfiyyətli ədliyyə xidmətlərinin göstərilməsi diqqət mərkəzindədir

Vətəndaşlara daha keyfiyyətli ədliyyə xidmətlərinin göstərilməsi diqqət mərkəzindədir

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi islahatlar çərçivəsində ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilir. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində keçirilən müşavirədə bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətidən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Toğrul Musayev ötən ilin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizin birinci ildönümü ilə əlamətdar olduğunu, 2022-ci ilin parlaq Zəfərimizin simvolu olan Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq, ölkəmizdə “Şuşa İli” elan edildiyini vurğulayıb.

Vətən müharibəsi iştirakçılarının, bütövlükdə şəhid ailəsi üzvlərinin və yaralananların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu bildirilərək, onların problemlərinin həlli ilə bağlı sosial layihələrin həyata keçirilməsində ədliyyə orqanlarının fəaliyyəti qeyd edilib.

Baş idarənin rəisi İlqar Məmmədov çıxışında iqtisadi münasibətlərin inkişafında və vətəndaşların mülki hüquqi məsələlərinin həllində önəmli rol oynayan qeydiyyat və notariat orqanlarının fəaliyyəti haqqında geniş məlumat verib, ötən il rəsmiləşdirilən notariat hərəkətlərinin sayının 17 faiz, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə aparılan əməliyyatların isə 35 faiz artdığını bildirib.

Vətən müharibəsinin iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7700-ə yaxın şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilərək, onların sosial ödəmələrinin vaxtında təmin olunduğu, bu sahədə məlumatlılığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında “Vərəsəlik şəhadətnaməsi” adlı bölmənin istifadəyə verildiyi qeyd olunub. Vurğulanıb ki, şəhid ailələrinə yardım məqsədilə xüsusi notariuslar onlara göstərilən xidmətləri vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına həyata keçirirlər.

Həmçinin qeyd edilib ki, əvvəllər işğal olunmuş rayonların əhalisinə aid 700 minə yaxın vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa olunaraq, azad edilmiş ərazilərin qeydiyyat qurumlarının istifadəsinə verilməsi onların sakinlərinin müvafiq sənədləri daha rahat əldə etmələrinə imkan yaradıb.

Tədbirdə əhaliyə məsafədən göstərilən rəqəmsal ədliyyə xidmətlərinə toxunulub, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq doğumun və ölümün elektron qaydada qeydə alınması və elektron şəhadətnamələrin təqdim edilməsi xidmətlərinin istifadəyə verildiyi bildirilib. Eyni zamanda, əhali barədə məlumatların çevik və dəqiq qeydə alınması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmanın təmin olunması, habelə aqrar islahatlar çərçivəsində kənd təsərrüfatı torpaqlarının fermerlərin istifadəsinə verilməsi prosesinin sürətləndirilməsi ilə bağlı 1500-ə yaxın icra hakimiyyəti nümayəndəliyinin nazirliyin aidiyyəti elektron informasiya sistemlərinə qoşulmasının təşkil edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımızın ədliyyə xidmətlərinə əlçatanlığının artırılması məqsədilə ölkəmizin xaricdəki konsulluqlarının da bu sistemlərdən istifadə imkanlarının yaradıldığı barədə məlumat verilib.

Vətəndaş cəmiyyəti institutlarının bəhrələndiyi “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə hüquqi şəxslərin reyestr məlumatlarının, habelə qrantların və digər formada ayrılan yardımlar üzrə sənədlərin qeydiyyatına dair elektron xidmətlərin tətbiqi qeyd olunub. Həmçinin vətəndaş məmnunluğu doğuran “Mobil notariat” vasitəsilə göstərilən xidmətlərin dairəsinin genişləndiyi, artıq 200 mindən çox istifadəçisi olan bu tətbiqdən xaricdə yaşayan soydaşlarımızın, Qarabağ və Şərqi Zəngəzurda olan vətəndaşlarımızın, o cümlədən hərbçilərimizin faydalandıqları vurğulanıb.

Müşavirədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər müəyyən edilib.

Tədbirə yekun vuran nazir müavini dövlətimizin başçısının cari il yanvarın 12-də yerli KİV nümayəndələrinə verdiyi müsahibədə şəffaflığın və hesabatlılığın təmin olunması, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və korrupsiyaya şərait yaradan digər halların qarşısının alınması ilə bağlı tələblərini xüsusilə diqqətə çatdıraraq əhaliyə göstərilən hüquqi xidmətlərin səviyyəsinin yüksəldilməsini, bu sahədə “ASAN” modelinə uyğun innovativ yanaşmaların geniş tətbiqini, vətəndaşların, həmçinin qayğıya ehtiyacı olan insanların müraciətlərinə daim xüsusi həssaslıqla və diqqətlə yanaşılmasını tapşırıb.

Eyni zamanda, əhaliyə xidmət sahəsində işin səmərəli təşkilinə nəzarətin artırılması, struktur qurumların fəaliyyətinin Azərbaycan Prezidentinin dövlət idarəçiliyinin təkmilləşdirilməsinə dair tapşırıqlarına uyğun optimallaşdırılması, kadrlara münasibətdə tələbkarlığın gücləndirilməsi, əməkdaşlar tərəfindən etik davranış qaydalarına və icra intizamına dönmədən əməl olunması ilə bağlı və digər konkret göstərişlər verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib