İDMAN
19 AVQUST
Avqustun 19-u Dünya Humanitar Yardım Günüdür. Bu gün 2003-cü ildə İraqda BMT qərargahının bombalanması nəticəsində humanitar yardım işçilərinin həlak olması ilə əlaqədar təsis edilib. Əsas məqsəd insan həyatını xilas etmək üçün çalışanları xatırlamaq və bu nəcib məqsəd uğrunda canlarından keçən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir. | |
Avqustun 19-u Dünya Foto Günüdür. Bu gün 2009-cu ildə avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Bu tarixin seçilməsi 1839-cu ildə dünyada ilk dəfə Lui Jak Mande Daqera tərəfindən şəklin prototipinin cəmiyyətə təqdim olunması ilə bağlıdır. | |
1912-ci il. Azərbaycanın Xalq Şairi Mirvarid Dilbazinin doğum günü (1912-2001). Şairin qadın azadlığı mövzusunda yazdığı “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə, “Bizim səsimiz” adlı birinci kitabı isə 1934-cü ildə çapdan çıxıb. O, “Sənətkarın xəyalı”, “Seçilmiş şeirlər”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Ana qanadı” və s. əsərlərin müəllifidir. Qadın mövzusunda qələmə aldığı “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Ana ürəyi”, “Məhəbbətin göz yaşları” poemaları və “Analıq duyğuları” silsiləsi müəllifə böyük oxucu məhəbbəti qazandırıb. Bütün bu uğurlara görə Mirvarid Dilbazi iki dəfə “Şərəf Nişanı”, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordenləri ilə təltif olunub. 1967-ci ildə Əməkdar Mədəniyyət İşçisi, 1973-cü ildə Əməkdar İncəsənət Xadimi, 1979-cu ildə Azərbaycanın Xalq Şairi fəxri adlarına layiq görülüb. | |
1895-ci il. Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat - Beynəlxalq Kooperativ Alyansı yaradılıb. Londonda təsis edilən bu qurum əsasən istehlak, kredit və kənd təsərrüfatı yönümlü milli və regional ittifaqları, kooperativ federasiyaları özündə birləşdirən, kooperativ hərəkatı bütün dünyada təmsil edən qeyri-hökumət təşkilatıdır. |