TARİXDƏ BU GÜN


19 NOYABR

A+ A

1999-cu il. İstanbulda ATƏT üzvü olan dövlət başçılarının sammiti başa çatıb. Prezident Heydər Əliyev toplantıda çıxış edib, sammitin sənədlərini imzalayıb. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) XİN başçılarının iştirakı ilə görüşü keçirilib.
1918-ci il. Azərbaycan Milli Şurasının iclasında Xalq Cümhuriyyətinin geniş tərkibli parlamentinin (Müəssislər Məclisi) çağrılması barədə qərar qəbul edilib. Yeni parlamentin 120 deputatdan təşkil olunması qərara alınıb: 80 yer müsəlman (azərbaycanlı) əhaliyə, 21 yer ermənilərə, 10 yer ruslara, 4 yer digər milli azlıqlara (alman, yəhudi, gürcü, polyak), 5 yer isə neft sənayeçiləri və həmkarlar ittifaqlarına ayrılıb.
1986-cı il. SSRİ-də ilk dəfə olaraq fərdi əmək fəaliyyətinə icazə verən qanun qəbul olunub. Qanuna əsasən, ölkədə, o cümlədən Azərbaycanda ilk özəl müəssisələr - kooperativlər yaranmağa başlayıb.
2002-ci il. NATO Parlament Assambleyasının İstanbulda keçirilən sessiyasında Azərbaycan quruma assosiativ üzv qəbul edilib.
1993-cü il. Məşhur rus-sovet kinorejissoru Leonid Qayday vəfat edib (1923-1993). O, “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin başqa macəraları”, “Brilyant əl” və digər məşhur kinokomediyaları ekranlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
07.12.2016 [09:00]
06.12.2016 [09:00]
05.12.2016 [09:00]
04.12.2016 [09:00]