TARİXDƏ BU GÜN


1 AVQUST

A+ A

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
1914-cü il. Birinci Dünya müharibəsi: Almaniya Rusiyaya müharibə elan edib. Bir qədər sonra Fransa və İngiltərə də müharibəyə qoşulublar.
1941-ci il. İlk “Jeep” avtomobili istehsal edilib. İlk vaxtlar yalnız ABŞ ordusu üçün yaradılan “Jeep” sonradan sürətlə populyarlaşdı. Növbəti illərdə “Jeep” artıq bir marka hesab edilməkdən çıxdı və xalq arasında bu formada istehsal olunan avtomobillərə markası nə olursa olsun ümumiyyətlə “Jeep” deyilməyə başlandı.

1975-ci il. Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktını (Helsinki müqaviləsi) imzalayıblar. 1995-ci il yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) adı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə əvəzlənib.

 

2010-cu il. Qara dənizin dibində tədqiqat işləri aparan alimlər burada dünya okeanının yeganə sualtı çayını tapıblar. Onlar adı bəlli olmayan bu çayın uzunluğunun 37 dəniz mili, eninin yarım mildən artıq, axma sürətinin isə saatda 4 mil (saatda təxminən 7 kilometr) olduğunu müəyyən ediblər. Su axını daha duzlu Mərmərə dənizindən Bosfor körfəzi vasitəsilə keçərək duzluluğu az olan Qara dənizə tökülür. Bu səbəbdən də çayın suyu həddindən artıq duz qatına malik olması ilə fərqlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
07.12.2016 [09:00]
06.12.2016 [09:00]
05.12.2016 [09:00]
04.12.2016 [09:00]