İDMAN
1 OKTYABR
1918-ci il. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. |
|
1992-ci il. BMT-nin Nyu-Yorkdakı iqamətgahında Azərbaycan Respublikasının nümayəndəliyi açılıb. Bunadək Azərbaycanın BMT-dəki nümayəndəliyi Türkiyənin təşkilatdakı nümayəndəliyində yerləşirdi. | |
1827-ci il. Rusiya qoşunları İranla müharibənin (1826-1828) gedişində İrəvan qalasını ələ keçirib. Qalanın ələ keçirilməsində erməni əhalisi və Eçmiədzin kilsəsi ruslara hər cür yardım göstərib. İrəvanın ələ keçirilməsinə görə Rusiya çarı general Paskeviçə "Qraf Erivanski" titulu verib. | |
1965-ci il. Şair və qəzəlxan Əliağa Vahid (1894-1965) vəfat edib. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri bu gün də xanəndələrin repertuarında geniş yer tutur. | |
1880-ci il. Tomas Edison ilk elektrik lampası fabrikini açıb. |