TARİXDƏ BU GÜN


1 YANVAR

1 yanvar – Dünyada Yeni il bayramı qeyd olunur. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlıdır. Şaxta baba, Qar qız və küknar ağacı Yeni il bayramının atributlarıdır. Yeni ilin gəlişi dünyada, o cümlədən Azərbaycanda təntənə ilə qeyd edilir.

1929-cu il. Sovet hökumətinin ərəb əlifbasından istifadəyə qadağa qoyması ilə Azərbaycanda latın qrafikalı əlifbaya keçilib. Bu hadisə Azərbaycanda savadsızlığın ləğvində mühüm rol oynayıb. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsindən ehtiyatlanan sovet imperiyası Azərbaycan əlifbasını yenidən dəyişdirmək qərarına gəldi. 1940-cı il yanvarın 1-dən Azərbaycanda kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu.

 

1937-ci il. Tanınmış aktyor, Əməkdar Artist Eldəniz Zeynalov anadan olub (1937-2002-ci il). Tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan” satirik kinojurnalının bir çох süjеtlərində yaddaqalan оbrazlar yaradıb. “Əhməd haradadır”, “Bir cənub şəhərində”, “Bəyin oğurlanması”, “Bizim Cəbiş müəllim”, “Qonşu qonşu olsa”, “O qızı tapın”, “Yaramaz”, “Yeddi oğul istərəm”, “Yol əhvalatı” filmlərində oynadığı rollarla tamaşaçı sevgisi qazanıb.

 

1995-ci il. Dünya Ticarət Təşkilatı yaradılıb. Təşkilatın dünya ticarətinin 97 faizdən çoxunu əhatə edən 160 üzvü var. Ticarət sazişlərinin idarə edilməsi, ticarət mübahisələrinin həlli, milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi, texniki yardım və treninq proqramları vasitəsilə inkişaf edən ölkələrə iqtisadi siyasət məsələlərində dəstək göstərilməsi kimi funksiyaları var.
1959-cu il. Kuba üsyançıları Fidel Kastronun rəhbərliyi ilə Havananı ələ keçirib, Prezident Fulxensio Batista Dominikan Respublikasına qaçıb. 1959-1976-cı illərdə Kubanın Baş naziri, 1976-2008-ci illərdə isə dövlət başçısı olan Fidel Kastro 2016-cı il noyabrın 25-də vəfat edib.
1993-cü il. Euronews telekanalı Fransanın Lion şəhərində yayıma başlayıb. Tamaşaçı sayı baxımından Euronews Avropa qitəsinin ən çox izlənilən xəbər kanalıdır. Kanalda Avropa və dünyadan xəbərlər 30 dəqiqəlik aralarla efirə gedir. Verilişləri 10 dildə yayımlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri
28.02.2017 [09:00]
27.02.2017 [09:00]
26.02.2017 [09:00]
25.02.2017 [09:00]