Azərbaycan Dövlət İnformasiya Agentliyi

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Bakı, 1 avqust, AZƏRTAC

Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir. Dil fərdə, cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və inkişafa təsir gücünə görə bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dəyərlərdəndir. Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan “ana dili” və ya “doğma dil” anlayışı bu gün qorunmağa və möhkəmlənməyə ehtiyac duyur.

Avstriyalı filosof İvan İlliçin araşdırmalarında “ana dili” termininin ilk dəfə katolik rahiblər tərəfindən istifadə olunduğu vurğulanır. Onlar kürsüdə nitq söylədikləri zaman latın dili əvəzinə istifadə etdikləri dili məhz “ana dili” adlandırırdılar. Təbii ki, hər bir xalqın, milli və ya etnik qrupun özünəməxsus özəlliklərini ehtiva edən, onların tarixi inkişafını, həyat tərzini, adət-ənənələrini və mədəni dəyərlərini əks etdirən açar elementlərdən biri dildir.

Bəşəriyyətə saysız-hesabsız töhfələr verən, zəngin irsə və qədim tarixə malik Azərbaycanın bütün milli elementləri kimi ana dilimiz də xalqımızın qürur mənbəyidir, mənəvi mövcudluğumuzun inikasıdır. XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçı və səyyahı Aleksandr Dümanın qeydlərində yazıldığı kimi: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”. Əcdadlarımızın bizə miras kimi bəxş etdikləri ana dilimiz bayatılardan, dastanlardan süzülərək, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli kimi dühaların zəngin irsi ilə indiyədək qorunub saxlanılıb.

Sovetlər dövründə yaranmış əngəllərə baxmayaraq sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”, - deyən Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi fəxarətlə qeyd edilir. 2003-cü ilin yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir. Xüsusilə, yeni və təkmilləşdirilmiş, fərqli formatlarda lüğətlərin hazırlanması, dünyanın tanınmış yazıçılarının əsərlərinin, önəmli nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsi, televiziya və radiolarda verilişlərin yayımı, filmlərin nümayişi zamanı ana dilimizin bütün xüsusiyyətlərinə riayət olunması müvafiq istiqamətdə həyata keçirilən önəmli tədbirlərdir. Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Bu səbəbdən, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Maqsud Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Samsung Electronics” şirkətini genişmiqyaslı tətil təhlükəsi gözləyir

Almaniya Avropanın aparıcı müdafiə sənayesi şirkətlərinin birində pay sahibi olacaq

Şərq filologiyasının aktual problemləri - beynəlxalq konfrans

Kann şəhərindəki hoteldə qiyməti 1 milyon avroya yaxın olan saat oğurlanıb

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

İrakli Kobaxidze: Azərbaycanda imzalanan müqavilələr misilsiz əhəmiyyətə malikdir

İngiltərə klubu UEFA Avropa Liqasının qalibi olub

Fransanın sabiq Baş naziri barəsində istintaq başladılıb

Tramp: Kuba ilə bağlı eskalasiya olmayacaq

“EFES – 2026” təlimində “Yüksəksəviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi izlənilib

ABŞ-nin Baş prokuroru: Raul Kastronun öz istəyilə və ya başqa bir şəkildə burada görünəcəyini gözləyirik

Ərdoğan Trampla telefon danışığı aparıb

ABŞ Prezidenti: İranla vəziyyət tam sərhəddədir

Tramp İranla sülh sazişini yekunlaşdırmaq üçün tələsmədiyini bildirib

Pakistan rəsmisi: Azərbaycanın şəhərsalma və infrastruktur sahəsində nəticələri diqqətçəkəndir

Azərbaycan xalçaları istanbullu sənətsevərlərə ən yeni texnologiya ilə təqdim olunur

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub

OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi

Şəhərlərin sakinlərin ehtiyaclarına uyğun şəkildə inkişaf etdirilməsi gələcək üçün mühüm rol oynayır VİDEO

Şəhərlərin sakinlərin ehtiyaclarına uyğun şəkildə inkişaf etdirilməsi gələcək üçün mühüm rol oynayır VİDEO

Moskvada Azərbaycan musiqisinin gənc ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək

Fatma Şahin: Məskunlaşma məsələlərinin həlli zamanı ilk növbədə şəhərlərin su və enerji təchizatını diqqətdə saxlamaq lazımdır

WUF13-ün dördüncü günündən maraqlı anlar - FOTOREPORTAJ

260 təşkilat və 130-a yaxın pavilyon – “Urban Expo” VİDEO

260 təşkilat və 130-a yaxın pavilyon – “Urban Expo” VİDEO

Almaniya mülki müdafiə sisteminin modernləşdirilməsinə 10 milyard avro ayırır

Hindistan şəhər inkişafı sahəsində daha məqsədli maliyyələşdirmə modelinə keçməyi planlaşdırır

Xəzər dənizində zəlzələ olub

Valeri Çeçalaşvili: WUF13 Azərbaycanın beynəlxalq münasibətlər sistemində mühüm aktor olduğunu bir daha göstərdi

Ağdaşda Ailə Sağlamlıq Mərkəzinin inşası üçün 152 min manatdan çox qrant ayrılıb

BMT rəsmisi: İnsan təhlükəsizliyi şəhər problemlərinə qarşı vahid yanaşma formalaşdırır

WUF13-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

Ekspert: Dəmir yolu əlaqəsinin yenidən açılması Gürcüstanda çox vacib məqam kimi qarşılandı

WUF13 Azərbaycanın beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm platformadır - ŞƏRH

Zelenski: Ukrayna Rusiya ordusunun Çerniqov-Kiyev istiqamətində hücum əməliyyatları planlarını təhlil edib

Keniyalı jurnalist: WUF13-ün mövzusu bütün ölkələr və icmalar üçün davamlılığın təmininə xidmət edir VİDEO

Keniyalı jurnalist: WUF13-ün mövzusu bütün ölkələr və icmalar üçün davamlılığın təmininə xidmət edir VİDEO

Azərbaycanın stolüstü tennisçisi Ginnesin Rekordlar Kitabına düşüb

Əfqanıstanlı jurnalist Bakı sakinlərinin qonaqpərvərliyinə görə təşəkkür edib VİDEO

Əfqanıstanlı jurnalist Bakı sakinlərinin qonaqpərvərliyinə görə təşəkkür edib VİDEO

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası təşkil edilib

Albaniya ilə investisiya, biznes əlaqələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

Aynur Kamilqızı: İstəyirəm mənim kimi analar bilsinlər ki, məhdudiyyət həyatın sonu deyil

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası - YENİLƏNİB

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub

Rusiyalı nümayəndə: WUF13 gələcəyin şəhərlərinin necə qurulmalı olduğunu nümayiş etdirir VİDEO

Rusiyalı nümayəndə: WUF13 gələcəyin şəhərlərinin necə qurulmalı olduğunu nümayiş etdirir VİDEO

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub - YENİLƏNİB VİDEO

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub - YENİLƏNİB VİDEO

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib

Nepallı jurnalist: WUF13 qlobal liderlərlə görüşə biləcəyimiz çox gözəl bir platformadır

İş adamı: Nigeriyada da mütləq WUF kimi tədbirlər təşkil edilməlidir

Sana Ullah Rathor: Dayanıqlı şəhərlər üçün hökumətlə yanaşı, vətəndaş cəmiyyəti və gənclərin birgə fəaliyyəti həlledicidir

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib

Bu saata olan əsas xəbərlər

GAK WUF13-ün yüksək səviyyədə təşkili və Bakı-Tbilisi-Bakı sərnişin qatarlarının fəaliyyətə başlaması ilə əlaqədar bəyanat yayıb

İtalyan mütəxəssis: Azərbaycanın “Ağıllı şəhər” və “Ağıllı kənd” təcrübəsi digər ölkələr üçün nümunəyə çevrilə bilər

WUF13: Şəhər idarəçiliyində məlumat əsaslı strategiyalar və rəqəmsal dönüşüm nəzərdən keçirilib YENİLƏNİB VİDEO

WUF13: Şəhər idarəçiliyində məlumat əsaslı strategiyalar və rəqəmsal dönüşüm nəzərdən keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan və Dünya Bankı arasında enerji, nəqliyyat və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq genişlənir

WUF13 çərçivəsində yaşıl, davamlı və yerli mənbəli evlərin qurulması ilə bağlı sessiya baş tutub - YENİLƏNİB

WUF13 çərçivəsində qeyri-formal məskunlaşmaların transformasiyasına dair fikir mübadiləsi aparılıb

İqtisadiyyat Nazirliyində Dünya Bankı Qrupunun vitse-prezidenti ilə görüş olub

WUF13: İqlim dəyişikliyi fonunda Azərbaycan və Latın Amerikasının şəhərsalma təcrübəsi öyrənilib

“Baku Book Center”də “Möcüzə adlı övladım” kitabı təqdim olunub

Peru Parlamentinin üzvü: 12 milyon sakini olan Lima şəhərinin əhalisinin 10 faizinin içməli suya çıxışı yoxdur

WUF13-də plastik çirklənmə ilə mübarizə mövzusunda tədbir olub VİDEO

WUF13-də plastik çirklənmə ilə mübarizə mövzusunda tədbir olub VİDEO

Praqada azərbaycanlı rəssamın qalereyası açılıb

Uqandalı mütəxəssis: WUF13 gələcəyin şəhərləri üçün vacib təşəbbüsdür VİDEO

Uqandalı mütəxəssis: WUF13 gələcəyin şəhərləri üçün vacib təşəbbüsdür VİDEO

Pakistan təmsilçisi: Dayanıqlı şəhərlər üçün yaşıl enerji və yaşıl zonaların genişləndirilməsi əsas prioritet olmalıdır

Janet Ngekvih: Azərbaycanın şəhərsalma və mənzil siyasəti ilə bağlı təkliflərini Kamerunda tətbiq etməkdə maraqlıyıq

Azərbaycan - AYİB münasibətləri: Bərpaolunan enerji sahəsində artan potensial diqqət mərkəzində

WUF13 çərçivəsində “Mənzil Davamlılığı Şəhər Sistemləri Çətinliyi kimi” mövzusunda sessiya baş tutub - YENİLƏNİB

Azərbaycan və Pakistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Rikardo Saviqliano: Daha çox şəhər üzərinə karbonsuzlaşdırma öhdəliyi götürməlidir

Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra təşkilat daxilində apardığı fəaliyyət yüksək qiymətləndirilib

Keniyalı jurnalist: Afrikanın Azərbaycandan öyrənə biləcəyi ən vacib sahələrdən biri inkişaf təcrübəsidir VİDEO

Keniyalı jurnalist: Afrikanın Azərbaycandan öyrənə biləcəyi ən vacib sahələrdən biri inkişaf təcrübəsidir VİDEO

Emmanuel Serunfoji: Şəhər planlaşdırması həyat keyfiyyətinin yaxşılaşdırılmasında əsas rol oynayır VİDEO

Emmanuel Serunfoji: Şəhər planlaşdırması həyat keyfiyyətinin yaxşılaşdırılmasında əsas rol oynayır VİDEO

Dünya Bankı ilə energetika sahəsində bir neçə istiqamət üzrə əməkdaşlıq imkanları dəyərləndirilib

Vüqar Kərimov: Texnologiyanın sürətli inkişafı plastik tullantıların idarəolunmasında yeni imkanlar yaradır

Quba-Xaçmaz bölgəsində meyvə bağlarında monitorinqlərə başlanılıb

Amin Məmmədov: Su ehtiyatlarının idarə olunması qlobal prioritetə çevrilib VİDEO

Amin Məmmədov: Su ehtiyatlarının idarə olunması qlobal prioritetə çevrilib VİDEO

WUF13-də beynəlxalq panel sessiya - "Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” YENİLƏNİB VİDEO

WUF13-də beynəlxalq panel sessiya - "Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” YENİLƏNİB VİDEO

Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub VİDEO

Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub VİDEO

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb

Rayne Ferretti: Şəhərlərin planlaşdırılması zamanı təbiət amilinin nəzərə alınması dayanıqlı inkişaf üçün əsas şərtlərdəndir VİDEO

Rayne Ferretti: Şəhərlərin planlaşdırılması zamanı təbiət amilinin nəzərə alınması dayanıqlı inkişaf üçün əsas şərtlərdəndir VİDEO

Milli Məclisdə Latviya ilə şəhərsalma və regional inkişaf sahəsində əməkdaşlıq istiqamətləri təqdim edilib

WUF13-də Avropa və Mərkəzi Asiya regionunda seysmik hazırlıq üzrə aparılan işlərə dair təcrübələr təqdim edilib

WUF13-ün çindən olan iştirakçısı: Bakının möhtəşəm layihələri var

İsrail Knesseti yeni parlament seçkiləri barədə qanun layihəsinə səsvermə keçirir

Kolumbiyalı nazir müavini: Azərbaycanın təcrübələri bizə ideyalar verə bilər VİDEO

Kolumbiyalı nazir müavini: Azərbaycanın təcrübələri bizə ideyalar verə bilər VİDEO

Paola Florio: Su ehtiyatlarının idarə olunmasında dövlət siyasəti və güclü planlaşdırma həlledici rol oynayır

Umud Mirzəyev: Yaşıl və sirkulyar iqtisadiyyat gələcəyin şəhərlərinin yeni fəlsəfəsidir

Fransa Milli Assambleyasının üzvü: Fransa parlamenti əhalinin layiqli və əlverişli mənzillə təmininə çalışır

Çinli iştirakçı: WUF13 Azərbaycanın təcrübəsini xarici ölkələrlə bölüşmək üçün fürsətdir

® “Azercell CUP 2026” müsabiqəsinə start verilir

WUF13 iştirakçısı: Biz çalışmalıyıq ki, hər kəsi yaşayış yerləri ilə təmin edək

Nazir müavini: Ölkəmizdə plastik mənşəli tullantıların idarə olunmasında ciddi irəliləyişlər əldə edilib

Renyinq Li: Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

Malungo Chisangano: Zambiya da mənzil problemi ilə üz-üzədir

Bakıda WUF13 çərçivəsində xarici media nümayəndələri üçün şəhər turu təşkil olunub VİDEO

Bakıda WUF13 çərçivəsində xarici media nümayəndələri üçün şəhər turu təşkil olunub VİDEO

Mario Cesar Flores: Məqsədimiz daha çox ailənin təhlükəsiz və əlçatan mənzil ehtiyacının qarşılanmasına töhfə verməkdir VİDEO

Mario Cesar Flores: Məqsədimiz daha çox ailənin təhlükəsiz və əlçatan mənzil ehtiyacının qarşılanmasına töhfə verməkdir VİDEO

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Kooperasiya Universiteti əməkdaşlığa başlayır

Nazirlik: İKT sektorunun gəlirlərində informasiya xidmətlərinin payı artır

EMTA Dünya Bankı ilə qaz sızmalarının aşkarlanması və təmirinin maliyyələşdirilməsini nəzərdən keçirib

Milli Məclisin sədri Rusiyaya işgüzar səfərə gedib