CƏMİYYƏT


1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

Dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra 1988-ci ildə təsis edilib. Bundan sonra Dünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb.

BMT-nin İİV/QİÇS Proqramının yeni hesabatında bildirilir ki, 2016-cı il iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfər təşkil edib. Onların 2,1 milyonu son bir ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. Antiretrovirus terapiya qəbul edənlərin sayı 18,2 milyon nəfər olub ki, onların da 910 mini uşaqlardır. Hesabatda o da qeyd olunur ki, 2020-ci ilə kimi 30 milyon İİV-lə yaşayan insanı antiretrovirus terapiya ilə təmin etmək mümkün olacaq.

Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. İİV/QİÇS problemi Azərbaycanda da aktual problem olaraq Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.