Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

2001-Cİ İLDƏN BAŞLAYARAQ AZƏRBAYCAN TURİZMİ DAYANIQLI VƏ DAVAMLI İNKİŞAF YOLUNDADIR

Bakı, 13 aprel (AZƏRTAC). 2001-ci ildən başlayaraq Azərbaycan turizmi dayanıqlı və davamlı inkişaf yolundadır.

Bu fikir Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təqdimatı ilə bağlı aprelin 13-də “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səslənmişdir.

Nazir Əbülfəs Qarayev demişdir ki, Azərbaycanda turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə təsdiq edilmiş proqram bu sahə ilə məşğul olan qurumlar qarşısında ciddi tələblər qoyur və yeni inkişaf meydanları açır. Proqram Azərbaycan turizminin ölkə iqtisadiyyatının aparıcı, inkişafda olan bir sahəsinə çevrilməsinə təkan verəcəkdir. Proqramda, əsasən, turizmlə bağlı yeni layihələrin hazırlanması, mövcud qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin edilməsi, yeni xüsusi zonaların, onların əsasnamə və nizamnamələrinin yaradılması, beynəlxalq investorların Azərbaycanın turizm sektoruna cəlb edilməsinə xüsusi önəm verilir. Eyni zamanda, proqramda Azərbaycanın zəngin mədəni irsinin təbliği, infrastrukturun yaradılması və peşəkar kadrların hazırlanması da əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bu proqram 5 il müddətində uğurla icra edildikdən sonra Azərbaycanın turizm sektoru tamamilə yeniləşəcəkdir.

Nazir qeyd etmişdir ki, sənəddə turizmin mədəni, ekoloji, idman və başqa istiqamətləri öz əksini tapmışdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda, ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur. Hazırda 50-ə yaxın yeni belə obyektin tikintisi aparılır.

Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir. Turizm müəssisələrinin sayı 2002-ci illə müqayisədə 3 dəfədən çox artmışdır.

Vurğulanmışdır ki, turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Azərbaycan Turizm İnstitutu yaradılmış və onun nəzdində müxtəlif peşələr üzrə daim fəaliyyət göstərən kurslar açılmışdır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi daxili turizmin inkişafı sektorunun nümayəndəsi Mahir Qəhrəmanov çıxış edərək bildirmişdir ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir.

Bildirilmişdir ki, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində ölkədə turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Növbəti proqram ölkə iqtisadiyyatının sürətli inkişafında turizmin payının daha da artmasına gətirib çıxaracaqdır.

Natiq qeyd etmişdir ki, 2002-ci ildən başlayaraq hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədi ilə tematik nəşr məhsulları (kitab, buklet, CD, DVD-lər və s.) hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internetin imkanlarından və digər vasitələrdən də geniş istifadə edilir.

Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaratmışdır. Təbii ki, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkədə turizmin rastlaşdığı problemlərin həlli və bu sahənin daha da inkişaf etdirilməsinin təmin olunması üçün hazırlanmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev və başqaları iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Gəncədə qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar

İran Prezidentinin qəzaya uğramış helikopterinin yeri müəyyənləşdirilib

Yaponiya və Cənubi Koreya hərbi mübadilələri bərpa etmək niyyətindədir

Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Təhsil fakültəsini ziyarət edib

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək

Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub

Dövlət Komitəsinin əməkdaşları Stokholmda yerləşən “Qarabağ” məktəbini ziyarət ediblər

“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir

Parisin hava limanlarının işçiləri tətil edəcəklər

FHN: 40 nəfər xilasedicidən ibarət qrup 2 helikopterlə İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

İspaniya La Liqası: “Barselona” qalib gəlib, “Real Madrid” xal itirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib

Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib

Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Türkiyə İrana xilasedici qruplar göndərib

Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər VİDEO

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb VİDEO

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib