Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2002-ci il oktyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan-Niderland İqtisadi Əməkdaşlıq proqramı 2002" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2002-ci il oktyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan-Niderland İqtisadi Əməkdaşlıq proqramı 2002" Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərənca-mın 1-ci bəndində göstərilən sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlət-daxili prosedurların yerinə yetirilməsi barədə Niderland tərəfini xəbərdar etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 fevral 2003-cü il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin