Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2003-CÜ IL FEVRALIN 21-DƏ BAKI ŞƏHƏRINDƏ IMZALANMIŞ "AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI VƏ FRANSA RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI, ƏRZAQ VƏ BALIQÇILIQ NAZIRLIYI ARASINDA BAYTARLIQ SAHƏSINDƏ ƏMƏKDAŞLIQ HAQQINDA PROTOKOL"UN TƏSDIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. 2003-cü il fevralın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Balıqçılıq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 23 oktyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin