Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2003-CÜ IL IYULUN 10-DA MOSKVA ŞƏHƏRINDƏ KEÇIRILMIŞ MÜSTƏQIL DÖVLƏTLƏR BIRLIYININ GÖMRÜK XIDMƏTLƏRININ RƏHBƏRLƏRI ŞURASININ 37-CI ICLASI ZAMANI IMZALANMIŞ "MEYVƏ-TƏRƏVƏZ MƏHSULLARININ GÖMRÜK RƏSMILƏŞDIRILMƏSI ZAMANI GÜZƏŞTLƏRIN TƏQDIM EDILMƏSI HAQQINDA 21 MAY 1998-CI IL TARIXLI SAZIŞIN MÜDDƏTININ UZADILMASI HAQQINDA MOLDOVA RESPUBLIKASI, UKRAYNA, BELARUS RESPUBLIKASI, RUSIYA FEDERASIYASI VƏ AZƏRBAYCAN RESPUBLIKASININ GÖMRÜK XIDMƏTLƏRI ARASINDA PROTOKOL"UN TƏSDIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. 2003-cü il iyulun 10-da Moskva şəhərində keçirilmiş müstəqil Dövlətlər Birliyinin Gömrük Xidmətlərinin Rəhbərləri Şurasının 37-ci iclası zamanı imzalanmış "Meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında 21 may 1998-ci il tarixli Sazişin müddətinin uzadılması haqqında Moldova Respublikası, Ukrayna, Belarus Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikasının gömrük xidmətləri arasında Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin. Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 oktyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin