Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2003-CÜ IL IYUNUN 3-DƏ IMZALANMIŞ "AZƏRBAYCAN RESPUBLIKASININ MILLI ARXIV İDARƏSI ILƏ POLŞA RESPUBLIKASI DÖVLƏT ARXIVLƏRININ BAŞ DIREKTORU ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZIŞ"IN TƏSDIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININSƏRƏNCAMI

1. 2003-cü il iyunun 3-də imzalanmış "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Polşa Respublikası Dövlət Arxivlərinin Baş direktoru arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Polşa Respublikası tərəfini xəbərdar etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 oktyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin