Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2003-CÜ İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNDƏ CƏNAB MƏMMƏDOV ETİBAR SƏLİDAR OĞLUNUNPREZİDENTLİYƏ NAMİZƏDLİYİNİN QEYDƏ ALINMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.3.2-ci, 28.2-ci və 60.1-ci maddələrinə uyğun olaraq qərara alır:

2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab Məmmədov Etibar Səlidar oğlu Prezidentliyə namizəd kimi qeydə alınsın.

Qərar N 22/152

12 avqust 2003-cü il, saat 17.36.

Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının

sədri M.M.Pənahov

Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının

katibi İ.M.Nəsirov

Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının

katibi V.C.Mahmudov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin