İQTİSADİYYAT
2004-2014-cü illərdə Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 2,7 dəfə artıb
Bakı, 24 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
2004-2014-cü illərdə Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 2,7 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “İnkişafın 10 ili: 2004-2014” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu istiqamətdə görülən işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlayıblar.
Diqqətə çatdırılıb ki, məşğulluqda özəl sektorun payı 74 faizə, vergi daxilolmalarında isə 72,4 faizə yüksəlib. Ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 82,5 faizə çatıb.