İDMAN
2004-CÜ İL OLİMPİADASINA ALMANİYA VOLEYBOLÇULARI GEDƏCƏKLƏR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FİNAL OYUNUNA BAXMIŞDIR
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oyuna baxmışlar.
Türkiyə yığması finaladək qrup yarışlarında bütün rəqiblərinə qalib gəlmiş, yarımfinalda isə Avropa çempionunu – Polşa komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Almaniya komandası isə qrup yarışlarında meydan sahiblərinə və Rusiya idmançılarına qalib gəlmiş, Polşa komandasına isə uduzmuşdu. Onlar yarımfinalda İtaliya yığma komandasını məğlub etmişdilər.
Görüşdən əvvəl Türkiyənin və Almaniyanın dövlət himnləri səsləndi.
Gah bu, gah da digər komandanın üstünlüyü ilə keçən ilk iki hissə Almaniya komandasının qələbəsi ilə başa çatdı. Türkiyə voleybolçuları üçünçü hissədə hesabdakı böyük fərqi azaltmağa cəhd göstərsələr də, buna nail ola bilmədilər. Almaniya yığma komandası bu oyunda öz imkanlarından çox aşağı səviyyədə çıxış edən rəqiblərinə 3:0 hesabı ilə qalib gələrək, olimpiya lisenziyasının sahibi oldu.