ELM VƏ TƏHSİL
2013/2014-cü tədris ili üzrə yekun qiymətləndirmənin nəticələri müvafiq qurumlara təqdim edilib VİDEO
Bakı, 17 iyul (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, bu qurum 2013/2014 –cü tədris ili IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qiymətlərini və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri elektron imza ilə imzalanmış şəkildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdim edib.
Eyni zamanda, şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri buraxılış sinif şagirdlərinin yekun qiymətlərini “Şagird-məzun” sistemindən elektron imza ilə təsdiq olunmuş siyahı şəklində əldə edərək çap edə bilərlər.