Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının vəkil edilmiş şəxsi Mehriban Heydərəli qızı Zeynalovanın qeydiyyatının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının vəkil edilmiş şəxsi Mehriban Heydərəli qızı Zeynalova 3 oktyabr 2013-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək vəkil edilmiş şəxs kimi öz səlahiyyətlərindən imtina etdiyini bildirib, qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müraciətə baxaraq müəyyən etmişdir ki, Ümid Partiyasının vəkil edilmiş şəxsi M.H.Zeynalova vəkil edilmiş şəxs kimi öz səlahiyyətlərindən imtina etdiyindən onun qeydiyyatı ləğv olunmalı və “Azәrbaycan Respublikasında keçirilәn seçkilәrdә (referendumda) vәkil edilmiş şәxslәrin statusu haqqında Təlimat"ın 3.2-ci bəndinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilmiş lövhəcik etibarsız hesab edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 72.4-cü maddələrinə və qeyd edilən Təlimatın 3.2-ci bəndinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının vəkil edilmiş şəxsi Mehriban Heydərəli qızı Zeynalovanın qeydiyyatı ləğv olunsun və Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilmiş lövhəcik etibarsız hesab edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin