Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Asəf Əli oğlu Quliyevin qeydiyyatının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli 6 oktyabr 2013-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək Komissiyanın 31 avqust 2013-cü il tarixli 22/131 saylı qərarı ilə onun səlahiyyətli nümayəndəsi kimi qeydə alınmış Asəf Əli oğlu Quliyevin qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müraciətə baxaraq müəyyən etmişdir ki, C.P.Həsənlinin səlahiyyətli nümayəndəsi A.Ə.Quliyevin qeydiyyatı ləğv olunmalı və “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”ın 3.3-cü bəndinə uyğun olaraq  Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilmiş lövhəcik etibarsız hesab edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə və qeyd edilən Təlimatın 3.3-cü bəndinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Asəf Əli oğlu Quliyevin qeydiyyatı ləğv olunsun və Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilmiş lövhəcik etibarsız hesab edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin