Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 noyabr 2015-ci il tarixli 118, 119, 120, 121 saylı, 4 noyabr 2015-ci il tarixli 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, və 139 və 5 noyabr 2015-ci il tarixli 143 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasından 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Aslanlı Gülağa Qulam oğlu 2 noyabr 2015-ci il tarixdə, 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudov Misir Məhəmməd oğlu, 25 saylı Nizami ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədzadə Zakir Bəkir oğlu, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacılı Mustafa Mustafa oğlu, 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə qeydə alınmış namizəd Soltanlı Səxavət Şirsoltan oğlu, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Əmiraslanov Razim Malikəjdər oğlu, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Qəmbər İsa Yunis oğlu, 46 saylı Şirvan seçki dairəsi üzrə qeydə alınmış namizəd Fəttah Elman Volodiya oğlu, 33 saylı Xətai birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacılı Arif Mustafa oğlu, 34 saylı Xətai ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Nağıyeva Dilşad Səfərbəy qızı, 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsirov Niyaz Eynulla oğlu 4 noyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək müvafiq seçki dairələri üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının yekun protokollarının etibarsız sayılmasını, həmin seçki dairələri üzrə səsvermənin baş tutmamasının və ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınmasını, 33 saylı Xətai birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacılı Arif Mustafa oğlu, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Qəmbər İsa Yunis oğlu 2 noyabr 2015-ci il tarixdə, 71 saylı Masallı kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Fərzulla Xasay Səfər oğlu 4 noyabr 2015-ci il tarixdə, 59 saylı Salyan seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Valeh Hümmət oğlu 5 noyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək müvafiq dairə seçki komissiyalarının 29 oktyabr 2015-ci il tarixli 23/68 saylı, 30 oktyabr 2015-ci il tarixli 28/67 saylı, 30 oktyabr 2015-ci il tarixli 30/117 saylı və 30 oktyabr 2015-ci il tarixli 22/55 saylı qərarlarının ləğv edilməsini, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacılı Mustafa Mustafa oğlu Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək deputatlığa namizədliyinin geri götürülməsi və çap olunmuş seçki bülletenlərindən adının pozulmasını, habelə onun dairə seçki komissiyasına etdiyi eyni məzmunlu müraciətinə həmin komissiya tərəfindən baxılmaması səbəbindən qanunsuz hərəkətsizliyə yol verməsini əsas götürərək onun hərəkətsizliyinə hüquqi qiymət verilməsi üçün müvafiq dövlət orqanlarına müraciət edilməsini xahiş etmişlər.

Həmin müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, eyni mahiyyətə və xarakterə malik olduqlarından, habelə ərizəçiləri namizəd kimi irəli sürmüş siyasi partiyanın seçkilərdə iştirakdan imtina ilə əlaqədar müvafiq qərarının doğurduğu nəticələrlə birbaşa səbəbli əlaqədə olduqlarından qrup koordinatoru məlumatlandırılmaqla bir icraatda birləşdirilərək şikayətlərin mahiyyəti və daxilolma müddətləri əsas götürülməklə araşdırılmış, bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlərlə əlaqə saxlanılmış, onlara əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqları izah edilsə də, onlardan yalnız G.Aslanlı, E.Fəttah və M.Hacılı Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmişlər.

Müvafiq seçki dairələri üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının yekun protokollarının etibarsız sayılmasını, həmin seçki dairələri üzrə səsvermənin baş tutmamasının və ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması və dairə seçki komissiyalarının müvafiq qərarlarının ləğv edilməsini tələb edən ərizəçilər öz tələblərini əsasən onunla əsaslandırmışlar ki, hər biri öz seçki dairəsi üzrə namizədliklərinin geri götülüməsi barədə ərizə ilə müvafiq dairə seçki komissiyalarına müraciət etsələr də, dairə seçki komissiyaları onların müraciətlərini təmin etməmiş, nəticədə adlarının seçki bülletenlərində saxlanılması digər namizədlərin hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, əks təqdirdə onların topladıqları səslər müvafiq namizədlər arasında bölünərdisə, bu, seçilən namizədin dəyişməsinə səbəb olmaqla seçkilərin nəticələrinə həlledici təsir göstərərdi.

Araşdırma ilə müəyyən olunmuşdur ki, ərizəçilərin qeydə alındıqları seçki dairələri üzrə topladıqları səslər hətta ən çox səs toplamış lider namizəddən sonra ikinci yeri tutmuş namizədin səslərinin üzərinə gəlinsə belə alınan rəqəm seçkilərin nəticələrinə təsir edə bilməz. Belə ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə – lider namizəd – 15728 səs, ikinci namizəd – 2806 səs, şikayətçi Aslanlı Gülağa Qulam oğlu – 487 səs; 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə – lider namizəd – 25505 səs, ikinci namizəd – 1621 səs, şikayətçi Nəsirov Niyaz Eynulla oğlu – 1253 səs; 15 saylı Yasamal birinci seçki dairəsi üzrə – lider namizəd – 16764 səs, ikinci namizəd – 1084 səs, şikayətçi Qəmbər İsa Yunis oğlu – 599 səs; 25 saylı Nizami ikinci seçki dairəsi üzrə – lider namizəd – 13219 səs, ikinci namizəd – 1596 səs, şikayətçi Məmmədzadə Zakir Bəkir oğlu – 1100 səs; 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə – lider namizəd – 9522 səs, ikinci namizəd – 1221 səs, şikayətçi Mahmudov Misir Məhəmməd oğlu – 434 səs; 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə – lider namizəd – 5473 səs, ikinci namizəd – 4341 səs, şikayətçi Hacılı Mustafa Mustafa oğlu – 1078 səs; 33 saylı Xətai birinci seçki dairəsi üzrə – lider namizəd – 12078 səs, ikinci olan şikayətçi Hacılı Arif Mustafa oğlu – 1799 səs; 34 saylı Xətai ikinci seçki dairəsi üzrə – lider namizəd – 13196 səs, ikinci namizəd – 4067 səs, şikayətçi Nağıyeva Dilşad Səfərbəy qızı – 547 səs; 46 saylı Şirvan seçki dairəsi üzrə – lider namizəd – 14703 səs, ikinci namizəd – 5316 səs, şikayətçi Fəttah Elman Volodiya oğlu – 184 səs; 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə – lider namizəd– 17887 səs, ikinci namizəd – 3803 səs, şikayətçi Soltanlı Səxavət Şirsoltan oğlu – 661 səs; 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə – lider namizəd – 14723 səs, ikinci namizəd – 2226 səs, şikayətçi Əmiraslanov Razim Malikəjdər oğlu – 2088 səs toplamışlar.

Əlavə olaraq namizədliyini geri götürmüş namizədə səs vermək qərarını qətiləşdirmiş seçicilərin hamısının həmin namizəd seçkilərdən imtina etdikdən sonra mütləq seçilən deyil, digər seçilməyən namizədlərə səs verəcəklərinin iddia edilməsi də ən azı mübahisəsiz görünmür. Qeyd edilənlərdən aydın görünür ki, həmin seçki dairələri üzrə seçicilərin iradəsinin müəyyən olunmasının qeyri-mümkünlüyünə dair iddialar və ərizəçilərin adlarının seçki bülletenlərindən çıxarılmaması ilə əlaqədar yaranmış vəziyyətin müvafiq seçki dairələri üzrə seçki prosesində iştirak edən şəxslərin hüquqlarının pozulması kimi yozulması əsassızdır.

Bundan başqa, yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxslərin hüquqlarının digər şəxslər tərəfindən müdafiə olunması mexanizmləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmişdir. Belə ki, bir şəxs üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə Mülki Məcəllənin 362-ci maddəsinə əsasən etibarnamə verməklə öz hüquqlarının müdafiəsini ona həvalə edə bilər.

Göründüyü kimi, ərizəçilərin üçüncü şəxslərin hüquqi müdafiəsini həyata keçirmələri üçün müvafiq səlahiyyətləri olmamış, ərizəçilər tərəfindən hüquqlarının pozulması iddia edilən digər şəxslər isə hüquqlarının pozulması iddiası ilə çıxış etməmişlər.

Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, ərizəçilərin qeydə alındıqları müvafiq dairə seçki komissiyalarının həmin seçki dairələri üzrə səsvermənin nəticələrinə dair protokollarının etibarsız sayılması, seçkilərin baş tutmamış hesab edilməsi barədə iddialarının, eləcə də qeyd edilən dairə seçki komissiyalarının qərarlarının ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir.

31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacılı Mustafa Mustafa oğlu isə öz tələbini aidiyyəti hissədə digər müraciət edənlərlə eyni qaydada, dairə seçki komissiyasının hərəkətsizliyinə münasibətdə onun yazılı müraciətinə ümumiyyətlə baxılmaması ilə əsaslandırmışdır. İddiaçı tərəfindən 2 noyabr 2015-ci ildə deputatlığa namizədliyinin geri götürülməsi və çap olunmuş seçki bülletenlərindən adının pozulması tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət etməsi isə təəccüblü görünməklə yanaşı, həmin hissədə həm qanunvericiliyə görə, həm də səsvermə artıq başa çatdığı üçün əhəmiyyətini itirdiyindən və mahiyyətcə təmin edilməsi mümkün olmayan tələb oduğundan rədd edilməlidir. Bununla yanaşı, M.Hacılının dairə seçki komissiyasına verdiyi iddia edilən müraciətinə həmin komissiya tərəfindən baxılmaması səbəbindən qanunsuz hərəkətsizliyə yol verməsini əsas götürərək DSK-nın hərəkətsizliyinə hüquqi qiymət verilməsi üçün müvafiq dövlət orqanlarına müraciət edilməsi hissəsində isə həmin tələbin təmin olunmasından aşağıdakı əsaslara görə imtina edilməlidir:

Belə ki, dairə seçki komissiyası tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, M.Hacılının müraciəti 2 noyabr 2015-ci il tarixdə 31 saylı Suraxanı ikinci dairə seçki komissiyasına poçt vasitəsilə daxil olmuş, elə həmin gün 091 sayı ilə qeydiyyata alınmış, həmin müraciətə dairə seçki komissiyasının iclasında dərhal baxılaraq qərar qəbul edilmiş, məlumat lövhəsindən asılmaqla dərc olunmuş və ərizəçiyə çatdırılması ilə bağlı tədbirlər görülmüşdür.

Qeyd edilənlərə əsasən M.Hacılının müraciəti əsassız olduğundan təmin edilməməlidir.

Beləliklə, yuxarıda qeyd edilənlərə, Azərbaycan Respublikası seçki qanunvericiliyinin tələblərinə və Mərkəzi Seçki Komissiyasının preyudisial əhəmiyyət kəsb edən qərarına əsasən ərizəçilərin müraciətləri əsassız hesab edilərək təmin edilməməlidir.

Belə ki, 29 oktyabr 2015-ci il tarixdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi G.Q.Aslanlı və başqanı A.M.Hacılı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərdə partiyanın iştirakının dayandırılması, partiyanın qeydə alınmış namizədlərinin namizədlikdən imtina etmələrinin onların öz mülahizəsinə verilməsi barədə qərar qəbul etdiklərini bildirmiş və partiyanın qeydə alınmış namizədlərinin namizədlik statusundan imtinası barədə ərizələrinin dairə seçki komissiyaları tərəfindən qəbul edilməsinə şərait yaradılmasını, habelə seçkilərin təxirə salınaraq 4 ay sonraya təyin olunmasını xahiş etmişdilər.

Mərkəzi Seçki Komissiyasının 29 oktyabr 2015-ci il tarixli 40/287 saylı qərarı ilə həmin müraciətlər əsassız olduğundan təmin edilməmişdir. MSK-nın qərarı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, siyasi partiyanın öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların blokunun isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarları ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malik olması müddəası ilə əsaslandırılmışdır. Mərkəzi Seçki Komissiyasının bu qərarı Bakı Apellyasiya Məhkəməsinin 3 noyabr 2015-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 154.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacılı Mustafa Mustafa oğlunun 2 noyabr 2015-ci il tarixli 118 saylı və 4 noyabr 2015-ci il tarixli 132 saylı, 33 saylı Xətai birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacılı Arif Mustafa oğlunun 2 noyabr 2015-ci il tarixli 119 saylı və 4 noyabr 2015-ci il tarixli 137 saylı, 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Aslanlı Gülağa Qulam oğlunun 2 noyabr 2015-ci il tarixli 120 saylı, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Qəmbər İsa Yunis oğlunun 2 noyabr 2015-ci il tarixli 121 saylı və 4 noyabr 2015-ci il tarixli 135 saylı, 71 saylı Masallı kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Fərzulla Xasay Səfər oğlunun 4 noyabr 2015-ci il tarixli 129 saylı, 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudov Misir Məhəmməd oğlunun 4 noyabr 2015-ci il tarixli 130 saylı, 25 saylı Nizami ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədzadə Zakir Bəkir oğlunun 4 noyabr 2015-ci il tarixli 131 saylı, 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə qeydə alınmış namizəd Soltanlı Səxavət Şirsoltan oğlunun 4 noyabr 2015-ci il tarixli 133 saylı, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Əmiraslanov Razim Malikəjdər oğlunun 4 noyabr 2015-ci il tarixli 134 saylı, 46 saylı Şirvan seçki dairəsi üzrə qeydə alınmış namizəd Fəttah Elman Volodiya oğlunun 4 noyabr 2015-ci il tarixli 136 saylı, 34 saylı Xətai ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Nağıyeva Dilşad Səfərbəy qızının 138 saylı, 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsirov Niyaz Eynulla oğlunun 4 noyabr 2015-ci il tarixli 139 saylı və 59 saylı Salyan seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Valeh Hümmət oğlunun 5 noyabr 2015-ci il tarixli 143 saylı müraciətləri əsassız olduqlarından təmin edilməsin və müvafiq dairə seçki komissiyalarının mübahisələndirilən qərarları dəyişdirilmədən saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin