İQTİSADİYYAT
2015-ci ilin ilk altı ayı ərzində AVSMMİS üzrə 11,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
2015-ci ilin iyun ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 758 sığorta tələbi üzrə 2,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 11 898 851 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində isə 6 faiz azalma müşahidə edilib.
İyun ayında İcbari Sığorta Bürosu tərəfindən 7 kompensasiya tələbi üzrə 19 800 manat, yanvar-iyun ayları ərzində isə 34 kompensasiya tələbi üzrə 130 133 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. 2015-ci ilin altı ayında həyata keçirilmiş kompensasiya ödənişlərinin məbləği ötən ilin altı ayı ilə müqayisədə 78 faiz çox olub.