CƏMİYYƏT


2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 8-də saat 16:30-dan etibarən 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, nəticələri komissiyanın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 374 namizəddən 365 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 95-ni oğlanlar, 270-ni isə qızlar təşkil edir. 244 namizəd cari ilin, 121 namizəd isə əvvəlki illərin məzunudur.

Avqustun 9-dan 15-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.

Qeyd edək ki, qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olduğu “Rezidentura” jurnalının dördüncü nömrəsinin elektron versiyasını (pdf formatında) avqustun 9-dan TQDK saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.