ELM VƏ TƏHSİL
2016/2017-ci tədris ilində 600 və daha çox bal toplayan gənclərin nəzərinə
Bakı, 24 avqust, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir və bu barədə məlumatları “Abituriyent” jurnalının on birinci nömrəsində çap etdirir. Lakin bu ildən etibarən, məlumatlar ayrıca jurnalda çap edilməyəcək. 600 və daha yüksək bal toplayan gənclərə abiturient.az saytında ayrıca bir bölmə həsr ediləcək və bu məlumatlar ictimaiyyət üçün daha da əlçatan olacaq.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, 2016-2017-ci tədris ilində 600 və daha yüksək bal toplayan gənclər iş nömrəsindən və şifrdən istifadə etməklə http://abiturient.az/600bal/ keçidində təqdim olunan anket-sorğu formasını doldura bilərlər. Forma (bütün bəndlər) yalnız bir dəfə doldurulmalıdır.
Əlavə məlumat əldə etmək istəyənlər [email protected] elektron poçtuna yaza və ya (+99412) 489-02-59 nömrəsinə zəng edə bilərlər.