Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:

Elm sahəsi üzrə

Ramiz Mahmud oğlu Məmmədov                      – "Azərbaycan Respublikasının coğrafiyası"                                                                    üçcildlik monoqrafiyaya görə

Elbrus Kərim oğlu Əlizadə

Məhərrəm Səməd oğlu Həsənov

Zakir Namin oğlu Eminov

                                            

Ədəbiyyat sahəsi üzrə

 

Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev)        – "Seçilmiş əsərləri" oncildlik kitabına görə.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2016-cı il .

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin