İQTİSADİYYAT


2016-cı ildə Türkiyədən Azərbaycana 1,3 milyard dollarlıq ixracat əməliyyatı olub

Bakı, 18 iyul, Elvin Camalov, AZƏRTAC

2016-cı ildə Türkiyədən Azərbaycana 1,3 milyard dollarlıq ixracat əməliyyatı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfəngçi deyib.

O bildirib ki, 2013-2014-cü illərdə bu rəqəm 3 milyard dollar, 2015-ci il də 2,1 milyard dollar təşkil edib, 2016-cı ildə isə 1,3 milyard dollara qədər azalıb.

Nazir qeyd edib ki, hər iki ölkə ticarət əlaqələrini böyütməkdə maraqlıdır, bu istiqamətdə birgə əməkdaşlıq edir, böyük ortaq layihələr həyata keçirir. Artıq 2017-ci ildə qarşılıqlı ticarət əlaqələrində artım müşahidə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.