CƏMİYYƏT


2016-cı ildə beş mindən çox qaçqın və miqrant Aralıq dənizində batıb

Bakı, 28 dekabr, AZƏRTAC

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı digər ölkələrdə sığınacaq axtaran qaçqın və miqrantlar arasında qurbanların sayının artmasından xeyli narahat olduğunu bildirir. Onların çoxu kontrabandçıların xidmətindən istifadə edir və Avropaya gedən yolda Aralıq dənizində batır. Keçən həftə dənizdə 100-dən çox adamın həlak olması barədə məlumat daxil olub.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, 2016-cı ildə 5000-dən çox qaçqın və miqrant Aralıq dənizində batıb.

Son vaxtlar müharibə və təqiblərdən ehtiyat edən xeyli sayda insan sərhədləri keçir. Aralıq dənizi sığınacaq axtaranların və miqrantların istifadə etdikləri ən təhlükəli marşrutlardan biridir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2016-cı ildə gündə orta hesabla 14 qaçqın və miqrant dənizdə həlak olub. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə Avropaya Aralıq dənizi ilə bir milyondan çox qaçqın və miqrant keçib və 3771 nəfər həlak olub. Qaçqınlar üzrə Ali Komissarlıq bütün ölkələri, o cümlədən Avropa İttifaqı dövlətlərini qaçqınların müdafiəsini təmin etməyə, sığınacaq üçün leqal müraciət formalarına, o cümlədən ailələrin köçürülməsi və yenidən birləşdirilməsi proqramlarını genişləndirməyə imkan yaratmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.