İQTİSADİYYAT


2016-cı ildə dövlət büdcəsinin gəlirlərinin 43,5 faizini ARDNF-in transfertləri təşkil edib

Bakı, 12 iyun, AZƏRTAC

2016-cı ildə dövlət büdcəsinin gəlirlərinin 43,5 faizini Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) transfertləri təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatında deyilir.

Bildirilir ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 17 milyard 499,1 milyon manat, xərcləri isə 17 milyard 743,6 milyon manat həcmində icra olunub və dövlət büdcəsinin gəlirlərinin 7 milyard 615,0 milyon manatını (43,5 faiz) ARDNF-in transfertləri təşkil edib. 2016-cı ildə büdcə kəsiri ÜDM-in (60 milyard 393,6 milyon manat) 0,4 faizini təşkil edib. 2003-2016-cı illərdə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 71,5 milyard manat vəsait transfert edilib.

“Ötən il ərzində xam neftin qiymətlərinin aşağı olması fonunda ARDNF-in gəlirləri azalıb, buna baxmayaraq, ilin sonuna Fondun büdcəsi profisit ilə yekunlaşıb. Eyni zamanda, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına Neft Fondunun aktivləri ötən ilin sonu ilə müqayisədə 1,27 faizə qədər azalıb. 2001-2016-cı illər ərzində ARDNF-in daxilolmaları 130,8 milyard ABŞ dolları səviyyəsində olub, bu vəsaitin təxminən 33,15 milyard ABŞ dolları (25,3 faizi) yığıma yönəldilib”, - deyə hesabatda bildirilir.

Qeyd edilir ki, 2016-cı ildə də əvvəlki illərdə olduğu kimi ARDNF-in vəsaitinin ÜDM-də payında artım müşahidə edilib. 2016-cı ildə dollar ifadəsində ARDNF-in vəsaitinin ÜDM-ə nisbəti 87,6 faizə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.