REGİONLAR


2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulunda 2,6 faiz artım olub

Bakı, 25 yanvar, AZƏRTAC

2016-cı ildə 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6 faiz çox diri çəkidə ət, 2009,9 min ton (4,4 faiz çox) süd, 1609,8 milyon ədəd (3,7 faiz çox) yumurta, 16,7 min ton (2,1 faiz az) yun istehsal olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, 2015-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,5 faiz artıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.