DÜNYA


2016-cı ilin sonuna dünya əhalisinin 47 faizi internetdən istifadə edəcək

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Hindistan ABŞ-ı ötərək dünyada ikinci ən böyük internet bazarına çevrilib. Bu ölkədə 333 milyon nəfər “ümumdünya hörümçək toru”na çıxışa malikdir. Birinci yerdə qərarlaşmış Çində 720 milyon insan internetdən istifadə edir. Ancaq bir çox hindli və çinli üçün internet hələ də əlçatmazdır.

AZƏRTAC “un.org” saytına istinadən xəbər verir ki, UNESCO və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) himayəsi altında hazırlanmış "Genişzolaqlı rabitənin vəziyyəti" adlı yeni hesabatda bu haqda qeyd edilib.

Hesabatın müəllifləri bildirirlər ki, planetin internetə çıxış olmayan əhalisinin 55 faizi Çin, Hindistan, İndoneziya, Pakistan, Banqladeş və Nigeriyanın payına düşür.

Hesabat sentyabrın 18-də Nyu-Yorkda keçiriləcək Genişzolaqlı Rabitə üzrə Komissiyanın 14-cü görüşü ərəfəsində dərc edilib.

Hesabat müəllifləri hesab edirlər ki, mobil telefonlar yüksək sürətli mobil genişzolaqlı rabitəyə çıxışı təmin etdiyi halda inkişafın irəliləyişi vasitələrindən biri ola bilər.

Məlumata əsasən, 2016-cı ilin sonuna 3.5 milyard nəfər istifadə edəcək ki, bu da dünya əhalisinin 47 faizi deməkdir.

İslandiyada əhalinin 98.2 faizi internetə çıxışa malikdir.

İndi dünyanın 90 ölkəsində əhalinin 50 faizindən çoxu internetə çıxışa malikdir. 2015-ci ildə bu rəqəm 79-a bərabər idi. Sahara səhrasından cənubda yerləşən Afrika ölkələrində internetə çıxış üzrə ən aşağı səviyyə qeydə alınıb. Çad, Syerra Leone, Niger, Somali və Eritreyada əhalinin 3 faizindən az hissəsi internetə çıxış imkanına malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.