İQTİSADİYYAT
2017-2018-ci illərdə icmal büdcəsinin kəsri azalacaq, 2019-cu ildən isə profisitli büdcə olacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
Ortamüddətli büdcə proqnozlarına əsasən, 2017 və 2018-ci illərdə icmal büdcəsinin kəsri azalacaq, 2019-cu ildən etibarən isə profisitli büdcə olacaq.
AZƏRTAC bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatına istinadən bildirir.
Proqnozlara görə, dövlət və icmal büdcənin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdiriləcək. Belə ki, 2017-ci il və sonrakı 3 il üçün hazırlanmış proqnozlara əsasən, 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. Həmçinin 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ümumi daxili məhsulun cəmi 6,9 faizini təşkil edəcəyi proqnozlaşdırılır.