İQTİSADİYYAT


2017-ci il dövlət büdcəsinə Gömrük Komitəsinin xətti ilə 2,2 milyard manatın daxil olacağı proqnozlaşdırılır

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

2017-ci ildə Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu ümumi daxili məhsulun 3,5 faizi həcmində olmaqla 2200,0 milyon manat nəzərdə tutulur.

AZƏRTAC bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatına istinadən bildirir.

Bu rəqəm 2016-cı ilin proqnozundan 390,0 milyon manat və ya 21,5 faiz çox, 2015-ci ilin faktı ilə müqayisədə isə 608,1 milyon manat və ya 38,2 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.