İQTİSADİYYAT


2017-ci il dünyada “Beynəlxalq davamlı turizm ili” kimi qeyd ediləcək

Bakı, 1 yanvar, AZƏRTAC

BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan edib.

AZƏRTAC Dünya Turizm Təşkilatının rəsmi saytına istinadla xəbər verir ki, “Beynəlxalq davamlı turizm ili”nin rəsmi açılışı yanvarın 18-də İspaniyanın Madrid şəhərində olacaq. 2017-ci ildə beş mühüm sahədə, o cümlədən hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolunu təşviq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.