2017-ci il müşahidələrin aparıldığı dövrdən bəri ən isti il ola bilər
Bakı, 15 yanvar, AZƏRTAC
2017-ci il müşahidələrin aparıldığı dövrdən bu yana ən isti il kimi qəbul oluna bilər. İlkin məlumatlara əsasən, karbon qazının atmosferə atılması həcmi əvvəlki üç ildə dəyişməz qalsa da, 2017-ci ildə 2 faiz artıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, müşahidələr son 5 il ərzində Yer kürəsində orta temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,1 dərəcə yüksəldiyini göstərib.
2017-ci ildə Karib dənizindən İrlandiyayadək bütün ərazilər qasırğaların təsirinə məruz qalıb. Hindistan, Banqladeş və Nepalda daşqınlar səbəbindən 1200 nəfərdən çox insan həyatını itirib. Quraqlıq Şərqi Afrika və ABŞ-ın qərbində ciddi fəsadlarla nəticələnib. Avropanın cənubunda isə güclü quraqlıq meşə yanğınları və su çatışmazlığına səbəb olub.
Uzunmüddətli müşahidələr dövrü ərzində Avropada, əsasən də uzaq şimalda 2017-ci il daha isti keçib. Dənizin buz örtüyü xeyli azalıb. Dekabr Avropada da ən isti ay kimi yadda qalıb, qitənin cənub-şərqində temperatur orta göstəricidən yüksək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:52]
Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]