İQTİSADİYYAT


2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat nəzərdə tutulur

A+ A

Bakı, 30 noyabr, Ə.Məmmədov, E.Camalov, AZƏRTAC

2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat nəzərdə tutulur. Bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 867 milyon manat və ya 5,2 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında məlumat verib.

Samir Şərifov deyib: “Gələn il üçün neft sektorundan gəlirlər üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8 milyard 100 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Növbəti ildə Vergilər Nazirliyi hesabına 7 milyard 210 milyon manat daxilolma proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 200 milyon manat daxil olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.