DÜNYA


2017-ci ildə informasiya texnologiyaları bazarının artım tempi ikiqat yüksələcək

Bakı, 15 iyul, AZƏRTAC

“International Data Corporation” (“IDC”) analitik şirkətinin proqnozuna görə, qlobal informasiya texnologiyaları (IT) bazarının artım tempi təxminən 2 dəfə artacaq. 2016-cı ildə qlobal IT xərclərinin həcmi 2,5 faiz yüksəlib. 2017-ci ildə IT xərclərinin həcmi 4,5 faiz yüksələrək 2,1 trilyon dollar təşkil edəcək. 2018-ci ildə həmin bazarın həcmi 4 faiz yüksələcək.

AZƏRTAC xəbər verir ki, məlumata görə, cari ildə informasiya-kommunikasiya texnologiyalarına sərf edilən xərclər 3,5 trilyon dollar məbləğində olacaq ki, bu da ötən illə müqayisədə 2 faiz daha çoxdur. Mütəxəssislərin proqnozuna görə, 2020-ci ilədək İKT həllərə sərf ediləcək qlobal xərclərin həcmi “əşyalar interneti” seqmentinin sayəsində 5,5 trilyon dollara yaxınlaşacaq. Yuxarıda qeyd edilmiş dövrədək “əşyalar interneti” seqmentinin həcmi 1,3 trilyon dollar təşkil edəcək.

2017-ci ildə IT bazarında infrastruktur avadanlığı (serverlər, şəbəkə qurğuları, məlumatların saxlanılması sistemləri və s.), korporativ proqram təminatı və mobil qurğular seqmentlərində ən yüksək artım tempi qeydə alınacaq. 2017 və 2018-ci illərdə serverlərin satış həcmi müvafiq olaraq 4 faiz və 5 faiz artacaq. Bu, “bulud” məlumat mərkəzlərinin operatorlarının “bulud” xidmətlərinə artan tələbatın təmini məqsədilə investisiyaların həcmini artırması ilə izah edilir.

Ötən il qlobal smartfon bazarında “ağıllı” telefonlara tələbatın az olması və bir çox regionlarda intensiv qiymət rəqabətinə görə satış həcminin güclü azalması müşahidə edilmişdi. 2017-ci ilin ikinci yarısında yeni qabaqcıl qurğuların çıxarılması və Çin daxil olmaqla, inkişaf etməkdə olan bazarlarda smartfonların nüfuzetmə səviyyəsinin artımı sayəsində artım tempinin yüksəlməsi gözlənilir. 2017-ci ildə "ağıllı" telefonların satış həcmi 7 faiz artaraq 439 milyard dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.