İQTİSADİYYAT


2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara görə aksizin dərəcəsi artırılıb

Bakı, 11 yanvar, AZƏRTAC

2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara görə aksizin dərəcəsi təqribən 2-3 dəfə artırılıb.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvarın 1-dən Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza

aksiz dərəcələri tətbiq ediləcək.

Belə ki, aksiz dərəcələri idxal olunan platinin hər qramına görə - 4 manat (bundan əvvəl 2 manat), 500 əyarlı qızılın hər qramına görə - 2 manat (bundan əvvəl 1,0 manat), 585 əyarlı qızılın hər qramına görə - 2,4 manat (bundan əvvəl 1,2 manat), 750 əyarlı qızılın hər qramına görə - 3 manat (bundan əvvəl 1,5 manat), 958 əyarlı qızılın hər qramına görə - 5 manat (bundan əvvəl 1,8 manat), 999 əyarlı qızılın hər qramına görə - 6 manat (bundan əvvəl 2 manat) müəyyənləşdirilib.

İdxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (bundan əvvəl 200 manat) olmaqla, aksiz dərəcəsi hesablanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.