İQTİSADİYYAT


2017-ci ilin əvvəlində Azərbaycanla Şarca Əmirliyi arasında birbaşa aviasiya xətti açılacaq

A+ A

Əbu-Dabi, 5 oktyabr, AZƏRTAC

2017-ci ildə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca Əmirliyi arasında birbaşa aviasiya xətti açılacaq. Bu barədə AZƏRTAC-ın müxbirinə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov məlumat verib. Onun sözlərinə görə, artıq gələn ilin ilk ongünlüyündə Şarca Əmirliyindən Azərbaycana aviareyslərin açılması haqqında razılaşma əldə olunub. Hazırda uçuşların təşkili ilə əlaqədar məsələlər həll edilir və reyslərin ölkənin məhz hansı regionuna həyata keçiriləcəyi müəyyən olunur.

Hazırda Əbu-Dabi ilə Bakı arasında birbaşa reysin açılması haqqında BƏƏ-nin “Etihad Airways” Milli Aviaşirkəti ilə də danışıqların aparıldığını bildirən D.Şikarov deyib: “İki paytaxt arasında birbaşa reysin açılması ölkələrimiz arasında ticarətin inkişafına, turizm axınının güclənməsinə, habelə xalqlarımızın yaxınlaşmasına və ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.