İDMAN


2018-ci ildə Formula-1 Azərbaycan Qran-Prisi aprel ayında keçiriləcək

Bakı, 20 iyun, AZƏRTAC

2018-ci ildə Formula-1 Azərbaycan Qran-Prisi aprelin 27-29-da keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Avtomobil Federasiyasının saytında yer alıb. Növbəti mövsümün təqviminə 21 mərhələ daxildir. Çempionat martın 23-25-də Melburnda Avstraliya Qran-Prisi ilə başlayacaq, noyabrın 23-25-də Əbu-Dabidə başa çatacaq.

İndiyə olan məlumata görə, Çin və Sinqapur mərhələləri kommersiya hüquqları sahibləri tərəfindən təsdiqlənməyib. Fransa Qran-Prisi on il keçəndən sonra, Almaniya Qran-Prisi (Xoffenxaymda keçiriləcək) bir il keçəndən sonra çempionata qayıdır. Malayziya mərhələsi təqvimi tərk edib. Əvvəlki iki mövsümü yazda olmuş Rusiya Qran-Prisinin vaxtı sentyabra keçirilib.

Çempionatının tarixində ilk dəfə Qran-Pri üç həftəsonu ardıcıl keçirilə bilər: təqvimin indiki cədvəlinə görə, komandalar mərhələləri ardıcıl olaraq Fransada (Formula-1-ə rəsmən qayıdır), Avstriyada və Böyük Britaniyada keçirəcəklər. Beləliklə, 2018-ci ildə Formula-1-in təqvimi aşağıdakı kimidir:

25 mart – Avstraliya Qran-Prisi

8 aprel – Çin Qran-Prisi

15 aprel – Bəhreyn Qran-Prisi

29 aprel – Azərbaycan Qran-Prisi

13 may – İspaniya Qran-Prisi

27 may – Monako Qran-Prisi

10 iyun – Kanada Qran-Prisi

24 iyun – Fransa Qran-Prisi

1 iyul – Avstriya Qran-Prisi

8 iyul – Böyük Britaniya Qran-Prisi

22 iyul – Almaniya Qran-Prisi

29 iyul – Macarıstan Qran-Prisi

26 avqust – Belçika Qran-Prisi

2 sentyabr – İtaliya Qran-Prisi

16 sentyabr – Sinqapur Qran-Prisi

30 sentyabr – Rusiya Qran-Prisi

7 oktyabr – Yaponiya Qran-Prisi

21 oktyabr – ABŞ Qran-Prisi

28 oktyabr – Meksika Qran-Prisi

11 noyabr – Braziliya Qran-Prisi

25 noyabr – Əbu-Dabi Qran-Prisi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.