İDMAN


2018-ci ildə UEFA Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

2018-ci ildə UEFA Çempionlar Liqasının final matçının hansı ölkədə keçiriləcəyinə aydınlıq gəlib.

AZƏRTAC xəbər verir ki, UEFA həlledici görüşü Ukraynaya həvalə edib.

Bu xəbərin anonsunu Ukraynanın prezidenti Pyotr Poroşenko şəxsi “Facebook” səhifəsində açıqlayıb. O bildirib ki, UEFA 2018-ci ilin final qarşılaşmasının Kiyevdə oynanılmasına qərar verib: “Bu, bütün ölkə, xüsusən də, futbol azarkeşlərimiz üçün möhtəşəm xəbərdir. Əminəm ki, biz final görüşünün təşkilatçılığını yüksək səviyyədə həyata keçirəcəyik”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında cari mövsümün finalı Uelsin Kardiff şəhərindəki “Millennium” stadionunda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.