DÜNYA


2018-ci ildə elastik smartfonlar satışa çıxarıla bilər

Bakı, 24 dekabr, AZƏRTAC

“Kolon Industries” şirkətinin top-menecerlərindən biri “The Korea Herald” nəşrinə müsahibəsində deyib ki, 2018-ci ilədək 3-5 smartfon istehsalçısı “ağıllı” telefonlar bazarında elastik aparatlarını təqdim edə bilər, 2019-cu ildə Koreyanın smartfon bazarında elastik qurğuların payı 20 faizə yaxınlaşa bilər.

AZƏRTAC-ın “hitech.newsru.ru” saytına istinadən verdiyi xəbərə görə, “Phone Arena” nəşri yazır ki, “Kolon Industries” şirkətinin adı geniş kütləyə naməlum olsa da, bu şirkət dünyada elastik displeylərdə şüşəni əvəz edən nazik plyonkaların yaradılması üçün lazımi rəngsiz polimidin yeganə kütləvi istehsalçısıdır. "Kolon Industries" şirkəti "Samsung" və "LG" şirkətlərinin tədarükçüsüdür, sonuncular elastik ekranların yaradılması üzərində fəal işləyirlər.

Şirkətin polimid istehsalı üzrə bölməsinin direktoru Kanq Çunq-Seokun fikrincə, ilk elastik smartfonlar gələn il əlçatan ola bilər. Bu halda smartfonlarda elastiklik radiusu 5 millimetr təşkil edəcək.

Xatırladaq ki, cari ilin iyununda "Lenovo" şirkəti "OLED" ekranla təchiz edilmiş elastik smartfonların iki prototipini təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.