DÜNYA


2019-cu ildə fərdi kompüter qurğuları bazarında artım qeydə alınacaq

Bakı, 14 iyun, AZƏRTAC

“IDC” analitiklərinin hesabatına əsasən, 2016-2021-ci illərdə dünyada fərdi kompüter (FK) qurğularının (kompüter və bütün növ planşetlər) satış həcmi 435-dən 405,2 milyonadək azalacaq. Bununla belə, 2019-cu ildə FK bazarında yenidən artım qeydə alınacaq.

AZƏRTAC “computerworld.ru” saytına istinadən xəbər verir ki, 2017-ci ilin birinci rübündə FK bazarında 2012-ci ildən bəri ilk dəfə kiçik artım qeydə alınıb. Ancaq analitiklər əmindirlər ki, tezliklə FK-nın satış həcmi yenidən azalmağa başlayacaq. Bu halda noutbuk seqmentində korporativ bazarda tələbatın yüksəlməsi sayəsində artım davam edəcək.

Planşetlər seqmentində ümumi mənzərə əvvəlki kimidir. Ənənəvi planşetlərin satış həcmi azalır, halbuki klaviaturaya malik planşetlərə tələbat artır. Lakin 2016-cı ildə klaviaturaya malik planşetlərin satış həcmi analitiklərin hesab etdiyi qədər yüksək olmayıb, bununla əlaqədar proqnoza yenidən baxmaq zərurəti yaranıb. Planşet bazarının təxminən 50 faizinə “Microsoft” və “Apple” şirkətləri nəzarət edirlər, bu şirkətlərin məhsulları yüksək qiymət və buraxılış dövriliyi ilə fərqlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.